Azərbaycan -Macarıstan yeni hədəflərə doğru
Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir.İki xalq arasındakı əlaqələrin dərin tarixi köklərə malikdi, hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticari münasibətlər mövcud olub. Macar xalqının əhəmiyyətli hissəsinin özünü türk mədəni arealının ayrılmaz bir parçası hesab etməsi, qarşılıqlı əlaqələrin ən müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Macarıstanın ölkəmizin dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması da təsadüfi deyil və iki xalq arasındakı dərin tarixi bağlara söykənir.Azərbaycan torpaqları işğal altında olduğu zaman kəsiyində Macarıstanın bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi, rəsmi Budapeştin AzərbaycanAvropa İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad münasibətlərinin göstəricisi kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi təmsil olunması və təşkilata həqiqi üzv olmaq niyyətini bəyan etməsi sözügedən ölkənin həm də Azərbaycanla sıx əməkdaşlığından və bu əməkdaşlığın daha geniş platformalarda davam etdirilməsinin zəruriliyindən qaynaqlanan bir amil kimi də qiymətləndirilə bilər.“Məlum olduğu kimi Macarıstan
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Rəsmi Budapeşt ilk günlərdən Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləməklə yanaşı, bu layihəyə qoşulmaqda maraqlı olduğunu da ifadə edib. CQDnin Məşvərət Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət nazirinin iştirakının da nəzərdə tutulması, şübhəsiz Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan münasibətini və təbii ki, Azərbaycanla enerji sahəsində olan əməkdaşlığı inkişaf etdirməkdə nə dərəcədə maraqlı olduğunu nümayiş etdirir.Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı.İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur.2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı. 2010-cu il dekabrin 14-den Cənab Zsolt Cutora Macaristanın Azərbaycandakı səfiridir.
Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb. Hal-hazırda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir.Macarıstan 2014-cü il noyabrın 11-də Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşmaya imza atdı. Əsas razılaşma ilə yanaşı, Bakı və Budapeşt arasında yeniden birbaşa uçuşların başladılması haqqında arasında aviasiyaya sənədi, 200 Azərbaycanlı tələbə üçün təqaüd proqramı, idman, gənclər və turizmə aid digər bütün razılaşmalar bu ərəfədə imzaimzalandı.Nabukko kəməri Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misirin də həmçinin layihənin təchizatçısı olması ehtimal edilir.
Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, indi də davam edir.Müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərirİşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ı tərəfindən 100 mln. Dollar kredit xətti, həmin ərazilərin minalardan təmizlənməsi işinə isə 25 min avro qrant ayrılması buna əyani sübutdur.
Sevinc Zaxarova,
Xəzər rayonu, R.M.Sadıqov adına 136 №li tam orta məktəbin müəllimi