Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük önəm verir
Bildiyimiz kimi, noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində 16-cı Zirvə toplantısı keçirilib. Tədbirdə Azerbaycanla yanaşı Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanin dövlət və hökumət başçıları da iştirak etmişdirlər. Bu qurum 1985 ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda quruma onlardan başqa Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Əfqanıstanda da daxildir. Ölkə başçımız cənab İlham Əliyev də bu tədbirdə iştirak etmişdir. Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. İki ölkə arasında qardaşlıq münasibətlərinin dərin olduğunu qeyd edən İlham Əliyev öz çıxışında Azərbaycanda geden nəqliyyat və loqistika infrastrukturdan, enerji ixracindan və bunlarin gelecek dövrlərdə inkişafından danışıb. Görüşdə təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. ECO-ya üzv ölkələrin liderləri, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli möhkəmlənməsini təmin edib. Bu uğurlara dövlətimizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. Heç şübhəsiz ki, İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycanın ən yaxın tərəfdaşları və dünya ölkələri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Cənab Prezident İlham Əliyevin düşünülmüş, planlı, sistemli, strateji xarici siyasətinin nəticəsi kimi bu gün Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların işində fəal iştirak edir, onların aparıcı üzvü kimi bu təşkilatların işinə töhfə verir, bəzi zamanlarda isə onlara rəhbərlik edir. Azərbaycanın uğurla əməkdaşlıq etdiyi və aparıcı üzvlərindən olduğu təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Ümumiyyətlə, Azərbaycan son illər çevik xarici siyasəti ilə fərqlənir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə də öz töhfəsini verir. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyinin üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadılması Azərbaycanın beynəlxalq proseslərdəki rolunun yüksək səviyyədə dəyərləndirilməsidir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə, o cümlədən Avropa siyasi birliyinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, Şanxay Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Liqasının Zirvə toplantılarına və s. dəvət olunması, bir sıra təşkilatlarda uğurlu sədrliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, çevik xarici siyasət yürütməsinin, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verməsinin bariz göstəricisidir. Ölkəmiz tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb. Azərbaycanın İƏT-in fəaliyyətinə daim öz töhfəsini verməsi, təşkilatın üzvləri ilə iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi xarici siyasətimizin əsas istiqamətlərindəndir. Digər tərəfdən Azərbaycanın 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etməsi ECO nəzdində Azərbaycana olan etimadın göstəricisidir. Təşkilatın mühüm qərarlarından biri Şuşa şəhərinin 2026-ci il üçün ECO-nun turizm paytaxtı elan edilməsi bunun bariz nümunəsidir.
Hümmətova Gunel,
Xəzər rayonu, 326 nömrəli tam orta məktəbin müəllimi