Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur
![](https://www.aktualinfo.az/wp-content/uploads/2024/05/1715862430_8b4ce3c9c4fd76b092751f04b0e5e5e0-780x470.jpg)
Cari ilin mayın 16 da Azərbaycan Prezidenti ilə Belarus Prezidenti arasında növbəti görüş keçirildi. Bu görüş Azərbaycanda baş tutdu. Aparılan danışıqlar ölkələrimizin mehriban dost olduğunu bir daha əyani şəkildə sübut etdi. Münasibətlər dinamik inkişaf edir.
İlk növbədə söhbət sənaye kooperasiyasından, Azərbaycanda və Belarusda istehsal olunan məhsullardan gedir. Bu, ilk növbədə maşınqayırmadır. Bundan başqa kənd təsərrüfatında, sənayedə, nəqliyyatda əlaqələrin inkişafından gedir. Əməkdaşlıq əlaqələri ölkəmizin iqtisadiyyatını əhatə edən bütün məsələləri əhatə edir. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. Belarusun çox yaxşı şəhərsalma, müasir texnologiyalardan istifadə etməklə aqroşəhərçiklərin salınmasında təcrübəsi var. Vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə yeni tikiləcək evlərdə məskunlaşdırmaqdır. Həmçinin, onları işlə təmin etmək lazımdır ki, onlar azad olunmuş rayonlarda bütün sahələrdə yüksək əmək haqqı olan işlə təmin olunsunlar. Qeyd etmək lazımdır ki, dünyada vəziyyət sürətlə mənfi istiqamətə dəyişir. Bir sıra münasibətlər öz həllini tapmır. Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərbi-siyasi yolla münaqişəni həll etdi. Ölkələrimizin rəhbərləri arasında olan dostluq münasibətləri imkan verir ki, digər dövlət qulluqcuları da öz aralarında ünsiyyət saxlasınlar ölkələrimiz arasında dostluq əlaqələrini möhkəmləndirsinlər.
Bu ilin 16 mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə bir neçə əməkdaşlıq haqqında sənəd imzalanmışdır. Belarus Prezidenti Lukaşenko mətbuata verdiyi açıqlamalarda Prezident İlham Əliyevlə əlaqədar bir sıra məqamları qeyd etmişdir.
Azərbaycan son illər böyük nəaliyyətlər əldə edib. Ən əsası torpaqlarını özünə qaytarıb. Torpaqların qaytarılması və onun dirçəldirməsi uzun illər yadda qalacaq.
Əliyev Elçin,
Xəzər rayonu, 26 № li tam orta məktəbin müəllimi