Yaşadığı illərdə müstəqil Azərbaycan dövlətinin fəalliyyətini yüksək dəyərləndirən ümumilli lider Heydər Əliyev tərəfindən dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxmışdır. Ulu öndər gənclərə həmişə qayğı ilə yanaşmış, böyük diqqət göstərmiş, xüsusəndə onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə yüksək önəm vermişdir. Ulu öndərin davamçısı Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətini uğurla davam etdirməkdədir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrədə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərini həlli istiqamətində görülən işlər, gənclər təşkilatının formalaşması və inkişafı üçün şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Artıq onu da qeyd etmək lazımdır ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır və tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində digər sahələr kimi sahəsində də çoxlu sayda uğurlar əldə edilmişdir. Belə ki, Azərbaycan idmançıları 2019-cu ildə Beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində yüksək uğurlar əldə etmişdirlər. Onuda xüsusi olaraq vurğulamaq yerinə düşər ki,ölkəmizdə idman infrasukturunun yenilənməsi istiqamətində də davamlı tədbirlər görülməkdədir.
Hər il Azərbaycanda ardıcıl olaraq idman siyasəti həyata keçirilir. Azərbaycanın irimiqyaslı idman yarışlarında ev sahibliyi etməsi dövlətimiz üçün çox qürurverici haldır. Bu da Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, həqiqətən əyani bir sübutdur. Bu gün Azərbaycanın Gənclər və İdman nazirliyinin mövcudluğu, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin,eləcə də parlament gənclərlə bağlı komitənin fəaliyyət göstərməsi, Gənclər fondunun təsis edilməsi bir daha gənclərə xüsusi diqqətin göstərildiyini sübut edir. Onu da qeyd etmək lazımdır ki, idmançılarımızın olimpiyadalarda, beynəlxalq səviyyəli qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada ən yüksək nöqtədə dayanmışdır. Ölkəmizdə idmanın maddı-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi idmançıların sosial-məişət məsələlərin həllinin daim diqqət mərkəzində saxlanılmasının gənclər arasında idmana böyük maraq artmaqda davam edir.
İdman Azərbaycan xalqının həyatında, ictimai görüşlərində mühüm rol oynayır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzindən birinə çevrilmişdir. Azərbaycanda idman komplekslərinin inşa edilməsi gənclərin qarşısında yeni yollar açmışdır. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanmışdır. Dünya çempionlarında, olimpiya oyunlarında, Avropa çempionlarında milli bayrağımız dalğalandırılmaqdadır. İldən ilə idmançılarımızın uğurları, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır. Ölkəmizdə müxtəlif Beynəlxalq yarışların keçirilməsi artıq gözəl bir ənənəyə çevrilmişdir. Azərbaycanda istənilən beynəlxalq idman yarışının keçirilməsi mümkündür. Avropa dünya çempionatlarının keçirilməsi artıq bizim yaxşı ənənəmizdir. Bu yarışlar ölkəmizdə yüksək səviyyədə keçirilir.
Həsənova Almara,
Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi