Azərbaycan humanist və məsuliyyətli tərəfdaşdır
Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkələrdəndir. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır.
Məhz, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Prezident cənab İlham Əliyevin istər ölkə daxili, istərsə də bütün xarici dövlətlərə səfərləri çərçivəsində, beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələ məhz Qarabağın ölkəmizin ərazi bütövlüyünün tərkib hissəsi olması, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmasının vacibliyi idi. Dövlət başçısı dəfələrlə çıxışlarında Ermənistanın işğalçı siyasətini, həyata keçirdiyi vandalizm aktlarını tarixi faktlarla sübut edərək onları yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Azərbaycan xalqı uzun illərdir torpaqlarımızın geri qaytarılacağı günü səbirsiliklə gözləyirdilər. Sonunda 44 gün davam Vətən müharibəsi ərzində Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti və qəhrəmanlarımızın şücaəti ilə bu gün artıq əhalimiz ayaqlarını öz torpaqlarına rahatca qoya bilirlər. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan işlərin miqyası və sürəti yenə də ölkəmizin iqtisadi gücünün göstəricisidir. 30-illik işğal dövründə böyük məhrumiyyətlərlə üzləşən, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycan bütün bunlara baxmayaraq, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirdi.
Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Ermənistan hərbi birləşmələri yenidən sərhədimizi pozaraq keçməyə cəhd göstərsədə Azərbaycan ordusu onlara layiqli cavabını verir. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmirik. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yoxdur. Ərazi bütövlüyümüz uğrunda gedən Vətən müharibəsi, hamımızın yaddaşına dünya miqyasında tanınmağın ,öz müstəqil milli dövlətinə malik millətə çevrilməyin gətirdiyi qürur və sevinc dolu bir zaman kəsimi kimi daxil olmuşdur.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.