Analitika

Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb

Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra azad siyasət yürütməyə başlamışdır. Elə bu illərdən etibarən dövlətimizin xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edir. Azərbaycanın enerji siyasətində istiqamətlər çox olsa da, onlardan ikisini xüsusi vurğulamaq lazımdır. Birinci istiqamət ölkənin öz daxili enerji təhlükəsizliyinin təminatıdır.

İkincisi isə Azərbaycanın digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfədir. Bu baxımdan, istər ölkəmizin enerji ehtiyatlarının hasilatı, istərsə də onların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması mühüm məsələlərdəndir. XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da  dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.

Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Külək, günəş, bio-yanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdirlər. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında  “Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir və o dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir” deyə söyləyib.

Rəna Süleymanlı,
YAP-ın gənc fəal

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button