Azərbaycan həm də OPEC+ üzv ölkəsidir
Azərbaycan artıq dünya birliyində sabitlik məkanı imicini qazanıb. Məhz buna görə də nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərini respublikamızda keçirməyə üstünlük verirlər. Artıq ölkəmiz bu sahədə kifayət qədər təcrübə əldə edib. Son illər paytaxt Bakıda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin intensiv xarakter almasının da əsas səbəbi təhlükəsizliyin təmin olunması və insidentsiz başa çatmasıdır. Artıq işğaldan azad edilmiş Şuşa şəhəri də reytinqli tədbirlərin keçirilməsinə qucaq açıb. Belə tədbirlərin iştirakçıları özlərini Azərbaycanda çox rahat hiss edirlər.
Prezident İlham Əliyev yaxın vaxtlarda Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində də bunu xüsusi vurğulayıb. Bu tədbirin respublikamızda keçirilməsi siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Hazırda bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görülür və təmiz ətraf mühitin formalaşması istiqamətində əhəmiyyətli işlər görülür.
COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə verdiyi töhfələr çox önəmli olacaq. Bu, həm də siyasi hadisədir və ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək. Dövlətimizin başçısı bu tədbirin də uğurla başa çatacağına əminliyini ifadə edib və COP29 zamanı Azərbaycanda təminatlı təhlükəsizlik vədi verib. Deyib ki, COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaq. Cənab Prezidentin dediyi kimi, əslində, ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. Prezident diqqətə çatdırıb ki, COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı