AnalitikaGündəmSosial

Azərbaycan Dilinin Saflığı Uğrunda Dövlət Siyasəti

Müasir Azərbaycan dilinin saflığının qorunması və lazımsız yad kəlmələrdən təmizlənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında bu məsələyə toxunaraq, dilimizi kənar kəlmələrdən qorumağın vacibliyini xüsusi qeyd etmişdir. Dövlət başçısı televiziya və yazılı mediada belə hallara rast gəlindiyini və buna heç bir gərək olmadığını vurğulamışdır.

Dilin orijinallığının qorunması prosesində alimlərin, dilçilərin və eləcə də media qurumlarının üzərinə böyük məsuliyyət düşür. Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi də bu istiqamətdə atılmış fundamental addımlardandır.

Əgər biz millət kimi öz dilimizi qorumasaq, milli kimliyimiz sarsıla bilər. Buna görə də Azərbaycan vətəndaşları, xüsusən də gənclər ana dilimizi ən incəliklərinə qədər bilməli və sevməlidirlər.

Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button