Analitika

Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir

Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir. Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Prezidentimiz qeyd edib ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili liderin təşəbbüsü ilə hər il Azərbaycanda  avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur. Dilimizə hörmət, sevgi  insana uşaqlıqdan aşılanmalıdır. Təhsil və tərbiyə müəssisələrində uşaqlara dilimizin saflığını qorumaq da tövsiyyə olunmalıdır. Yəni danışıqlar zamanı hər hansı başqa millətin dili ilə xüsusi ifadələrin işlədilməsi yolverilməzdir. 

Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Azərbaycan xalqı özünə hörmət edir, dilini, dinini, mədəniyyətini sevir. Biz həm də başqa xalqlara hörmətlə yanaşırıq.

Azərbaycanda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.İşğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. Dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız siyahıya alınmalı, onların əvvəlki görüntüsübərpa olunmalıdır.

Beynəlxalq qurumlar da dövlətlərin mədəniyyətinə, dininə, dilinə hörmətlə yanaşmalıdır. Bu qaçılmazdır. Multikultural dəyərlərin qorunması Azərbaycanın UNESCO ilə əməkdaşlığının əsas istiqamətlərindən biri olmalıdır.  Azərbaycanda multikultural cəmiyyəti bir çox ölkələr üçün örnək olmalıdır. Bakıda səfərdə olan Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarında bu fakt xüsusi vurğulanır.

Ermənistan Azərbaycana qarşı mədəni soyqırımı törədib. Torpqalarımızı işğal etdikdən sonra bu separatçılar ərazilərdə ilk olaraq dağıntılar törədiblər. Bizim milli, dini abidələrimizi dağıdıb orada özlərinin tarixi abidələrini yaratmaq niyyəti ilə ağlasığmayan işlərə girişiblər.
Tarixi keçmişi olmayan xalq  saxta tarix yaratmağa cəhd göstərib. Onları müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan Qərb dairələri buna laqeyd qalmamalıdır. Ermənilər bütün qonşulara meydan oxuyur, əsassız  torpaq iddiası irəli sürürlər. Ermənilər qonşu xalqların, xüsusən azərbaycanlıların musiqi, mətbəx ənənələrini oğurlayırlar. Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər altmışdan çox məscidi dağıdıblar, buna heç kim reaksiya vermir.  Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Onların bu insanlığa sığmayan hərəkətlərini zaman bağışlamayacaqdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button