GündəmSosial

Azərbaycan dəmir yollarının inkişaf yolu və naliyyətləri

13 avqust 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 7”, “Rəsulzadə küçəsi 7”, “Rafiq Alıcanov 8A” və “Heydər Əliyev prospekti 4” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “Azərbaycan dəmir yollarının inkişaf yolu və naliyyətləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov bildirib ki, Azərbaycan dəmir yollarının inkişafı ölkəmizin iqtisadi və sosial həyatında mühüm rol oynayan sahələrdən biridir. 1880-ci ildə Bakı–Sabunçu dəmir yolunun istifadəyə verilməsi Azərbaycanda dəmir yolu nəqliyyatının əsasının qoyulması baxımından əlamətdar hadisə olmuşdur. Sonrakı illərdə dəmir yolu şəbəkəsi genişlənmiş, Bakı ölkənin mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir. Müstəqillik illərində Azərbaycan dəmir yollarının inkişafına xüsusi diqqət yetirilmişdir. Xüsusilə son illərdə dəmir yolu infrastrukturunun yenilənməsi, müasir texnologiyaların tətbiqi və sərnişin xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Köhnə dəmir yolları təmir edilmiş, elektrikləşdirmə və siqnalizasiya sistemləri yenilənmiş, yeni və müasir qatarlar istifadəyə verilmişdir.

Daha sonra çıxış edən natiqlər – “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatının sədri Bəhruz Süleymanov, partiya fəalı Dunar Məmmədov, “Heydər Əliyev prospekti 4” Ərazi Partiya Təşkilatının sədri Sənan Quliyev və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd ediblər ki, Azərbaycan dəmir yollarının inkişaf yolu böyük tarixi və müasir nailiyyətlərlə zəngindir. Dəmir yolu nəqliyyatının yenilənməsi ölkənin iqtisadi inkişafına, beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin möhkəmlənməsinə və əhalinin rahat nəqliyyat xidmətlərindən istifadəsinə mühüm töhfə verir. Qarşıdakı illərdə də bu sahənin daha da inkişaf etdirilməsi Azərbaycanın nəqliyyat potensialının artmasına xidmət edəcəkdir.

Oxşar Xəbərlər

Back to top button