Azərbaycan Bolqarıstan əlaqələri
Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra həmin ilin iyununda qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir. Azərbaycan və Bolqarıstan çoxtərəfli institutlar vasitəsilə də uğurlu əməkdaşlıq edir. BMT və onun müxtəlif orqanlarından başqa, hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, hansı ki Azərbaycanın Bolqarıstan da daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına kömək edir. Sofiya həmçinin Bakının NATO ilə tərəfdaşlığının intensivləşdirilməsini fəal şəkildə təşviq edir və Azərbaycanın təşəbbüslərini dəstəkləyir. Strateji və praktiki istifadəsindən başqa, Aİ-nin enerji üzrə komissarı Kadri Simson deyib ki, “yeni marşrut Qərbi Balkanlar, Ukrayna və Moldovaya daxil olmaqla regiona tədarükün təhlükəsizliyini gücləndirməkdə kömək edəcək”. IGB gələcəkdə təbii qazla qarışdıqda hidrogenin daşınmasını mümkün edə bilər. Azərbaycanın Rumıniya və Serbiya ilə birlikdə “Yaşıl dəhliz” layihəsində iştirakını nəzərə alsaq, bu, gələcəkdə Bakı-Sofiya əməkdaşlığının daha bir istiqaməti ola bilər. Göründüyü kimi, Azərbaycan və Bolqarıstan uzun müddətdir ki, özəyini enerji tərəfdaşlığı təşkil edən yaxın əlaqələrə malikdir. Bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturası üçün böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə bu istiqamətdə çox çalışmaqla yanaşı, qeyri-enerji sektorlarına, nəqliyyyat layihələrinə və mədəni əlaqələrə də önəm verir. Ötən 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox ugurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.
Bəhruz Rüstəmov,
YAP -ın fəalı