Analitika

Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun sülh üçün çalışır

Almaniya Cənubi Qafqazda Azərbaycanı əsas tərəfdaş kimi görür və regionla bağlı siyasətini genişləndirmək əzmini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya budəfəki işgüzar səfəri də bunu bir daha sübut etdi.Əvvəllər Cənubi Qafqaz regionunda fəal olmayan və bu regionla bağlı siyasətini Rusiyanın üzərindən həyata keçirən Almaniya Avropanın və dünyanın aparıcı ölkələrindən biri kimi bu siyasətini yenidən nəzərdən keçirir və Azərbaycanı ciddi, vacib tərəfdaş qismində qiymətləndirir.Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşlərdə də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsun mövqeyində Almaniya dövlət başçısı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha vurğulayıb və tezliklə Brüsseldə İlham Əliyevin Almaniyaya işgüzar səfəri iqtisadi əlaqələrin genişləndirilməsi baxımından  xüsusi önəm kəsb edir. Həm Kanslerlə görüşü, həm də Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə olduqca səmərəli müzakirələr aparması bunu bariz təcəssümüdür. Azərbaycan tarixi Zəfərindən dərhal sonra Ermənistana sülh təklifini etdi. İki ildən artıqdır ki, Ermənistandan ona verilən bu şansı dəyərləndirib konkret addım atmasını gözləyirik. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə  birgə mətbuat konfransında da  təhlükəsizlik məsələsinin prioritetliyini önə çəkərək bildirdi ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik. Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı oldu. Əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi işğal dövründə sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq: «İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır. Dövlət başçısı İlham Əliyevin xarici səfərləri, həmçinin beynəlxalq əhəmiyyətli tədbirlərdən sonra ənənəvi hal alan  media nümayəndələrinə müsahibəsi həqiqətlərimizin təbliğində öz sözünü deyir. Azərbaycan tarixi Zəfərinin reallıqlarını yaşayır və bu reallıqları dünya gücləri də qəbul edir. Yeni fomalaşan dünya düzəni bu günədək maraqların arxasında  gizlədilən ədalət və beynəlxalq hüquq anlayışlarının mövcudluğuna işıq salır.

Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button