Azərbaycan-Belarus münasibətləri yüksələn xətlə inkişaf edir

Belarusla Azərbaycan arasında diplomatik əlaqələr 11 iyun 1993-cü ildə qurulub. İkitərəfli əlaqələr əsasən Prezident İlham Əliyevin hakimiyyəti zamanı yeni inkişaf mərhələsinə qədəm qoyub. İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Qurulan münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Məhz, son illərdə ölkə prezidentlərinin həyata keçirdikləri qarşılıqlı səfərlər həm ölkələrimiz, həm də dövlət başçıları arasında güclü dostluq əlaqələrinin olmasının göstəricisidir.18-19 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa, 28-29 noyabr 2016-cı il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərləri, həmçinin 13-14 aprel 2021-ci il tarixində Belarus Respublikası Prezidentinin Azərbaycana işgüzar səfərləri baş tutmuşdur.
May ayının 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi dövlət səfərinə gəlmişdir. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibli görüşləri olub, iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə xidmət göstərəcək 8 müqavilə imzalanıb.
Görüşdə zamanı vurğulandı ki, azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir. Hər iki ölkə qurulan münasibətlərin daha da inkişaf etdirilməsi və daha da geniş sahələri əhatə etməsi üçün birlikdə çalışırlar. Bu gün bizim dünya dövlətləri ilə iqtisadi əlaqələrimiz sürətlə genişlənməkdədir. Azərbaycan dünya ölkələri üçün etibarlı tərəfdaşdır. Azərbaycanın Belarus ilə də diplomatik və iqtisadi münasibətləri də çox yüksək səviyyədədir.Prezident İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırır. Azərbaycan-Belarus münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin əsas göstəricilərindən biri də ölkə prezidentləri arasındakı xoş münasibətlərdir.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.