Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir və əlaqələri genişləndirir
Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir və əlaqələri genişləndirir. Artıq İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalanaraq qəbul edilib. Qlobal iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün bu prosesdə birlikdə və yaxından iştirak edilməli, həmrəylik, ortaq məsuliyyət gücləndirilməli və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlıq azaldılmalıdır.
Avropa məkanında çox böyük maraqla qarşılanan “Euronews” telekanalına müsahibədə ölkə başçısı bir neçə mühüm əhəmiyətli məqama, xüsusi olaraq COP29-a hazırlıqla başlı işlərə aydınlıq gətirib. Prezident İlham Əliyev bildirib ki, “Hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Sülhün və əminamanlığın tərəfdarı olan Azərbaycan digər dövlətlərlə müqayisədə balanslı siyasət aparır. Bunun da nəticəsidir ki, ölkəmizə qarşı məkrli, çirkin addımlar nəticəsiz qalır və istəklərinə çatmaq istəyənlər heç bir uğura nail ola bilmirlər.
Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edən ölkələr siyahısındadır. Eyni zamanda ölkəmiz bərpa olunan enerji mənbələrinin əsas eksportçularından birinə çevrilmək iddiasındadır və bunun üçün ölkəmizin yüksək potensialı mövcuddur.
Mətanət Cəfərova,
YAP-ın fəalı.