Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir və əlaqələri genişləndirir
COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağı qeyd olunub. Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb, iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaq. Prezident İlham Əliyev bildirib ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq.
Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq: “Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirdiyi kimi qlobal Cənub və Qərb, iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak edilməli, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməli və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalı kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaq”.
Son illər ərzində ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Ümumən ekologiyanın vəziyyətinin yaxşılaşdırılması planetimizin ömrünün uzanmasına, insanların sağlamlığına, ərzaq məhsulları ilə bol təminatına yol açan əsas vasitə sayılır. Böyük enerji şirkətləri ilə icra edilən yaşıl layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb.
Həsənova Səbinə,
YAP-ın fəalı