Analitika

Azərbaycan artıq qlobal səviyyədə öz sözünü demiş ölkədir

Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına bir növ ənənə halını alan növbəti geniş müsahibəsini verdi. Artıq ölkə ictimaiyyəti, bütövlükdə xalqımız dünyada baş verən proseslərə, ölkəmizlə bağlı narahatlıq doğuran məqamlara münasibəti ən etibarlı mənbə kimi qəbul etdikləri birinci şəxsin dilindən eşitməyə vərdiş ediblər. Təbii ki, dövlət başçımız xarici kütləvi informasiya vasitələrinə olduğu kimi, yerli mediaya da tam açıqdır və gündəmi dəyişdirən siyasi, iqtisadi, mədəni hadisələri nəzərə alaraq tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edir, bütün vacib mövzularla bağlı rəy və fikrini bildirir, təkliflərini verir. Ancaq sıravi vətəndaşlarımızdan tutmuş cəmiyyətin üst təbəqəsinin təmsilçilərinə qədər hər kəs dövlət başçısının geniş müsahibələrini intizarla gözləyir və diqqətlə dinləyirlər. Bu müsahibədə də xalqımızı haqlı narahat edən çox məsələlərə aydınlıq gətirildi, belə demək mümkündürsə, dostlara da, düşmənlərə də açıq mesajlar verildi. Qeyd edilib ki, COP29-un Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və uğurlu siyasətinin göstəricisidir. Ölkə başçısı İlham Əliyevin çox dəqiq və düşünülmüş diplomatik addımları nəticəsində bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi üçün imkan əldə edilib. Ötən ilin sonunda Dübayda keçirilən COP konfransında bir sıra ölkələrin açıq və gizli formada bunun əleyhinə təbliğat aparması, bəzi ölkələrə təzyiqlərin göstərilməsi də yekun qərarın verilməsinə mane ola bilmədi. COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə razılıq verilməsi də üzvlərin Azərbaycanı qlobal təşəbbüslərə liderlik edə biləcək ölkə kimi tanımalarından irəli gəlir. Yəni artıq Azərbaycan qlobal səviyyədə öz sözünü demiş ölkədir, COP29-a ev sahibliyi etməsi isə onun bu mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycanın uzun illər nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar indi öz töhfəsini verdiyi kimi bərpaolunan olunan enerji sahəsində yatırdığı investisiyalar da qarşıdan gələn illərdə öz töhfəsini verəcək və Azərbaycanın yeni qlobal mühitə inteqrasiyasını asanlaşdıracaq. Xüsusilə də azad edilmiş ərazilər bu baxımdan geniş imkanlar açacaq. Ona görə də ölkəmizin qlobal trendlərə uyğun həyata keçirdiyi siyasəti və investisiya yatırdığı sahələr strateji əhəmiyyət daşıyır, Azərbaycanın regional və qlobal səviyyədə öz mövqelərinin möhkəmləndirməyə imkan yaradır. COP29-un Azərbaycanda keçirilməsi də bu prosesə ciddi töhfə verəcək

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button