Analitika

Azərbaycan artıq qlobal əhəmiyyətli məsələlərdə söz sahibidir

Azərbaycan qüdrətli dövlət kimi dünya siyasi arenasında hüquqi, siyasi və iqtisadi baxımdan öz təcrübəsini sübuta yetirmiş ölkələrdən biridir. Hazırda aparılan islahatlar və görülən işlər ölkəmizin inkişafı, xalqımızın rifahı üçün böyük töhvə verməkdədir.  Regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən Respublikamızın siyasi xətti bir sıra region dövlətlərinə örnək ola bilər. Dövlətin iqtisadiyyatı ciddi əsaslar üzərində qurulduğuna görə heç bir sosial layihə təxirə salınmamış və ixtisar olunmamışdır. Müstəqil Azərbaycan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müdrik siyasəti nəticəsində iqtisadi inkişaf potensialına görə dünyada lider mövqeyindədir. Dünya birliyinə yaxından inteqrasiya olunan ölkəmizdə bütün proseslər xalqımızın milli mənafelərinə və dövlətçilik prinsiplərinə uyğun olaraq qurulub. Azərbaycan artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhvə verməyə qadir olan dövlət kimi qəbul olunur. Qeyd etmək lazımdır ki, ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində əzim göstərib düşməni məğlubiyyətə vadar etdi. Göstərilən təzyiqlərdən danışan dövlətimizin başçısı deyib: “Mən buna razılıq verdimmi? Xeyr. Məni necə deyərlər, inandırmağa çalışırdılar, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın və məsələ ancaq sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra məni ittiham etməyə başlamışdılar ki, əgər Prezident buna razılıq vermirsə, deməli, müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa, bunu müharibə yolu ilə həll edəcəyik. Açıq demişdim, mən bunu gizlətmirdim”.

Həmin illəri hazırlıq dövrü kimi xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, biz, ilk növbədə, mənəvi cəhətdən hazır olmalı idik. “Bütün başqa amillərlə bərabər bax, bu amil həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Ermənistanın rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxu hesab edirdi ki, bizim torpaqlarımızı zəbt etməkdə haqlıdırlar”, – deyə dövlətimizin başçısı qeyd edib.

Cənab Prezident bu fikirləri xalqımızın gücünə əsaslanaraq deyir. O bilir ki, xalq olaraq mənəvi hazırlığımızın hər zaman yüksək olması bizim ən böyük üstünlüyümüzdür. Bundan sonra da bu birlik bizə daha böyük uğurlar gətirəcək

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button