Analitika

Azərbaycan 44 günlük müharibədən sonra daha da güclənmişdir

Xalqımız , 30 il sonra  2020-ci ildə  torpaqlarımızın işğaldan azad olunması ilə bütün Azərbaycanlıları, xalqımıza dost olan ölkələri sevindirdi. Azərbaycan 44 günlük vətən müharibəsində göstərdi ki ,zəfər daim bizimlədir. Qarabağ torpaqları 30 ilə yaxın əsarət altında idi. Erməni zülmü altında inləyən bu torpaqların bir gün azadlığına qovuşacağına xalq olaraq ürəkdən inanır,ümidlərimizi itirməmişdik. Azərbaycanın mövqeyinin haqlı olması onun qələbəsində çox böyük rol oynayıb. Bu zəfər bütün türk dünyası üçün önəmli bir hadisədir.Azərbaycan Ordusu cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarını Qarabağdan qovdu. Bu dünyada bəlkə də heç bir ordunun edə bilməyəcəyini Azərbaycan Ordusu həyata keçirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarında mətbuat nümaiyəndələrinə 10 yanvar tarixində verdiyi müsahibəsindədə vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıqlar etmiş oldu. Lider müsahibəsində mühüm tarixi və siyasi məqamlara toxundu. Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu öz çıxışında qeyd etdi.

Eyni zamanda bu çıxışında Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran cənab İlham Əliyev bu müsahibəsində də həmin mövzuya dair mühüm fikirlər səsləndirdi: “Prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək.Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək”.

Bu onu göstərir ki, Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, anti-Azərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button