Avropa Şurası Parlament Asambleyasının Azərbaycana olan qərəzli davranışı
Avropa Şurası Parlament Asambleyası riyakarlıgı təzahür platformasına çevrilib. Biz 2001-ci ildən sözügedən təşkilata üzv olandan görürük ki,ermənipərəst qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşıvasitə kimi istifadə ediblər.Bu qurum ermənistanın Azərbaycana qarşı etdiyi hər bir vəhşiliyə,ərazi işğalı faktına, erməni vandallığına göz yumaraq heç bir tədbir görmğyib,yalnız ara sira lazımsız bəyanatlar və qərarlar verməklə kifayətləniblərş. Amma halbuki iki ölkə arasında olan bu münasibətlərə, Ermənistanın Azərbaycana qarşı işğal faktına görə səs hüququ əlindən alınıb və ciddi tədbirlər görülməli idi amma biz hər zaman əksini gördük, Avropa şurası parlament Asambleyası Azərbaycanı hər zaman gözdən gözdən salmaqla, ölkəmizə qarşı qəlbdəki anti Azərbaycan qüvvələri təzyiq vasitəsi kimi istifadə ediblər. Hər kəsə məlumdur ki, Avropa Şurası Parlament Asambleyası Azərbaycanın qalibiyyətini, prezident İlham Əliyevin müstəqil siyasətini qəbul edə bilmir. Təssüf ki, Avropa Şurası Parlament Asambleyasından bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi isifadə olunur. Müəyyən qərəzli qruplar Avropa Şurası Parlament Asambleyasının əsas prinsiplərindən öz dar maraqlarını təmini məqsədilə sui-istifadə edilir. Bu çirkin kampaniya Azərbaycanada hazırda keçiriləcək seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbulolunmaz cəhddir. Avropa Şurası Parlament Asambleyasında mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycana qarşı qarayaxmadı.
Avropa Şurası Parlament Asambleyasında mövcud olan çirkin kampaniyasına görə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Asambleyası ilə əməkdaşlığı və təşkilatda iştrakını qeyri müəyyən müddətə dayandırmaq qərarına gəlib. Verilən qərar qrumda olan Azərbaycanla irəli sürülən ”Qətnaməyə” əsasən əlaqələndirilib. Qətnamədə Dağlıq Qarabağla bağlı xüsusi ilə Laçın dəhlizinin sərbəst və təhlükəsiz keçidin təmin edilməsi, növbədən kənar prezident seçkisində müşahidə etmək üçün rəsmi Bakının qruma təklif göndərməməsi, məhbuslarla görüşünə icazə verilməməsi və bir çox prosedur qaydalarının pozulması, Avropa Şurası Parlament Asambleyası ilə əməkdaşlıqda yol verilən boşluqlar da qətnamədə öz əksini tapıb. Qətnamənin ilkin mətnində bu prosedur qaydaları yerinə yetirildikdən sonra Azərbaycanın nümayəndə heyətinin fəaliyətinin davam etdirə biləcəyi də əks olunub. Lakin “Qətnamə” qəbul edilməsindən bir neçə saat əvvəl bu qərarı Azərbaycan nüməyəndə heyyəti qərəzli hesab edərək özləri Avropa Şurası Parlament Asambleyası ilə əməkdaşlığı dayandırmağa qərar verib.
Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü.