Avarçəkənimiz nüfuzlu “Henli Kral Reqatası” qalibi olub
Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko Böyük Britaniyada təşkil edilən nüfuzlu “Henli Kral Reqatası”nın (Henley Royal Regatta) qalibi olub. Olimpiya sistemi üzrə keçirilən yarışda idmançımız öz qrupunda 20 qadın avarçəkən arasında ən yüksək nəticə göstərib.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təsnifat mərhələlərini uğurla keçən Diana final yürüşündə Polşa idmançısı Maqdalena Vieliçkoya rəqib olub.
Yürüş məsafəsini 8 dəqiqə 58 saniyəyə qət edən avarçəkənimiz yarışın qalibi olmaqla fəxri mükafata layiq görülüb.
Qeyd edək ki, 1839-cu ildən etibarən təşkil edilən “Henli Kral Reqatası” Beynəlxalq Avarçəkmə Federasiyasının ən nüfuzlu yarışlarından hesab edilir. 5 gün davam edən yarışda akademik avarçəkənlər hazırkı yarış standartlarında olduğu kimi 2000 deyil, 2112 metr məsafədə mübarizə aparırlar.