Azərbaycan xalq şerinin ən böyük nümayəndələrindən olan və bu şerin ən uca zirvələrini fəth edən sənətkar- Aşıq Ələsgər aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Azərbaycan ümumən türk şerinə misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Bakida sentyabrın 30-da bu böyük el sənətkarı abidəsinin açılışında iştirak ediblər. “Bu gün şəhərimizdə çox əlamətdar bir gündür. Deyə bilərəm ki, ölkə üzrə çox əlamətdar bir gündür. Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm “- deyə sözə başlayan cənab prezident qeyd etmişdir ki ,üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün mən iki Sərəncam imzalamışam. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.
Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılıb. Qeyd etmək lazımdır ki Dədə Qorquddan üzü bəri gələn ənənəni daha da ucaldan Aşıq Ələsgər öz poetik irsi ilə əbədiyaşarlıq qazanıb.Onun şeirlərinin mühüm bir qismi ustadın qarşılaşdığı hansısa hadisə, əhvalatla bağlı olmuş, təbii axarda meydana gəlmişdi. Həmin əhvalat isə şeirin bədii dəyərini, ekspressivliyini, poetik məna qatını daha da artırır. Bədii mətnin arxasında dayanan hadisə, əhvalat isə unudulsa da, onun özü dillər əzbərinə çevrilib. Xalq ədəbiyyatı bilicilərinin çox az bir qismi həmin hadisəni yaddaşında qoruyaraq saxlayıb. Onun şeirlərinin mühüm bir qismi ustadın qarşılaşdığı hansısa hadisə, əhvalatla bağlı olmuş, təbii axarda meydana gəlmişdi. Həmin əhvalat isə şeirin bədii dəyərini, ekspressivliyini, poetik məna qatını daha da artırır. Bədii mətnin arxasında dayanan hadisə, əhvalat isə unudulsa da, onun özü dillər əzbərinə çevrilib. Xalq ədəbiyyatı bilicilərinin çox az bir qismi həmin hadisəni yaddaşında qoruyaraq saxlayıb.
Çıxışı zamanı prezident İlham Əliyev bildirib ki,Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.
Çıxışının sonunda cənab prezident qeyd etmişdir ki, bizim çox böyük arzumuz var, İnşallah, bayaq dediyiniz kimi, Aşıq Ələsgərin doğulduğu kənddə yenə də onun qəbirüstü abidəsi bərpa olunsun. Hələ vaxtilə Ulu Öndər Göyçə camaatı ilə görüşəndə belə bir söz deyib ki, mən çox inanıram, inanıram ki, gün gələcək, dövr dəyişəcək, siz öz dədə-baba torpaqlarınıza qayıdacaqsınız və orada ata-babalarınızın qəbrini ziyarət edəcəksiniz və Aşıq Ələsgərin sazı o dağlarda təzədən çalınacaq. Həqiqətən də biz buna inanırıq, çox inanırıq. Çünki Siz ata vəsiyyətini doğrudan həyata keçirirsiniz. İnanırıq ki, o gün bizə qismət olacaq.
Hacızadə Günay,
Xəzər rayonu, 183 nömrəli tam orta məktəbin müəllimi