AnalitikaGündəm

Aşıq Ələsgərin abidəsinin açılışı Qərbi Azərbaycan mədəniyyətinin inkişafında əhəmiyyətli bir mərhələ oldu

“Cari ilin 30 sentyabrında Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılışı həyata keçirilmişdir. Prezident İlham Əliyev bu tədbirdə aşıq sənətinin mədəni və tarixi əhəmiyyətini, eləcə də onun Qərbi Azərbaycan kontekstindəki rolunu xüsusi qeyd etmişdir. Heç şübhəsiz bu hadisə yalnız bir mədəni abidənin açılışı deyil, həm də xalqın tarixi yaddaşını yenidən bərpa etməyə yönəlmiş strateji bir addım hesab olunmalıdır”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Aşıq Ələsgərin yaradıcılığı dərin köklərə malikdir və Azərbaycanın tarixi mədəniyyətinin ayrılmaz hissəsidir. Aşıq Ələsgərin 97 yaşında Vətənini tərk etməsi Qərbi Azərbaycanda yaşayan insanların tarixi ilə bağlı dərin bir ədəbi və siyasi kontekstə işarə etmişdir. Bu, yalnız bir şəxsin hekayəsi deyil, həm də kollektiv yaddaşın, mədəni kimliyin və birliyin bərpasına dair bir simvol olmuşdur. Tədbirdə Prezident İlham Əliyev Qərbi Azərbaycan mədəniyyətinin yaşadılması ilə bağlı irəliləyişlərin təmin ediləcəyini qeyd etməsi, bu irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin zəruriliyi qeyd etmişdir. Eyni zamanda dövlət başçımız deportasiya dalğalarına, xalqın əyilməz ruhuna və Qarabağa qayıdışa dair irəliləmələri geniş şəkildə şərh etmişdir. Eyni zamanda XX əsrdə baş vermiş üç deportasiya dalğasının Azərbaycan xalqının tarixi ədalətinin bərpa olunması üçün əsaslı bir zərurət olduğunu xüsusi qeyd edərək, qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmağı arzuladıqları, bu həsrətin unudulmadığı və əbədiləşdirildiyi vurğulanmışdır.

Onun sözlərinə görə, Aşıq Ələsgərin abidəsinin açılışının Qərbi Azərbaycan mədəniyyətinin bərpası üçün rəmzi məna kəsb edir. Bu abidə yalnız bir sənətkarın irsini deyil, həm də bütün bir xalqın mədəniyyətini və onun keçmişini simvolizə etmişdir. Prezident İlham Əliyev gələcəkdə Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidələrinin bərpa ediləcəyini, eyni zamanda Ağkilsə kəndində bu cür mərasimlərin keçirilməsinin mümkünlüyünü vurğulamışdır. Beləliklə onu demək mümkündür ki, Aşıq Ələsgərin abidəsinin açılışı yalnız bir mədəni tədbir olaraq deyil, həm də milli birliyin güclənməsi və mədəniyyətimizin bərpası baxımından müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.

Oxşar Xəbərlər

Back to top button