GündəmAnalitika

Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gələcəyə hesablanmış uğurlu iqtisadi siyasət Azərbaycanı daha güclü edir və beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfələr verir. Məhz bu gün iqtisadiyyatın dinamik inkişafı və əldə edilən nəticələr bunu deməyə imkan verir.sentyabrın 26-da keçirilmiş iqtisadi məsələlərə həsr olunmuş müşavirədə dövlətimizin başçısının səsləndirdiyi rəqəmlər ölkənin iqtisadi inkişafının real mənzərəsinin güzgüsüdür: “Belə ki, 8 ayda iqtisadi artımın 4,3 faiz, qeyri-neft sektorunda 7 faiz, xarici dövlət borcunun ÜDM-in 7,5 faiz, inflyasiyanın ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olması dünya ölkələri arasında qabaqcıl göstəricidir. Həmçinin iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi ölkədə iqtisadi artım templərinin qorunub saxlanılmasına imkan verəcək”.Prezident İlham Əliyevin rəhbərliyi ilə açılışı olmuş sənaye və aqroparklarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının və yeni müəssisələrin açılması həm doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həllini, həm də işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reintiqrasiya olunmasını sürətləndirir.

İqtisadi inkişafla bağlı müəyyən olunmuş məsələlər qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunmasına və ölkəmizin daha da güclənməsinə yol açacaq. Belə ki, hərbi gücün artırılması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi və sosial siyasətin uğurla davam etdirilməsi, Qarabağ və Zəngəzurda yenidənqurma və bərpa işlərinin sürətlə aparılması və s. qarşıdakı dövrdə icra olunması üçün müəyyən edilmiş vəzifələrdir. Sosial siyasətin uğurla davam etdirilməsi müəyyən olunmuş vəzifələr arasında həmişə öndə olub. Ölkəmizdə vətəndaşların layiqli yaşamasının təmin olunması və sosial sahədə islahatların davam etdirilməsi hər zaman diqqət mərkəzində saxlanılır.Qarabağ və Qərbi Zəngəzurun yenidən qurulmasına və bərpasına ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsaitin 19 milyard manata çatdırılması ermənilərin 30 il dağıdaraq məhv etdikləri ərazilərin yenidən dirçəldilməsi və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra edilməsinin göstəricisidir. Müşavirədə müzakirə olunmuş məsələlər və dövlətimizin başçısının müvafiq qurumlara verdiyi tapşırıqların uğurla icra olunması iqtisadiyyatın və ümumilikdə ölkəmizin daha da güclənməsini təmin edəcək.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button