
2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatın əsas məqsədi bölgədə fəaliyyət göstərən Ermənistan silahlı birləşmələrinin və qanunsuz erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpası və ölkə suverenliyinin tam təmin edilməsi idi.Əməliyyat dəqiq planlaşdırılmış və yüksək peşəkarlıqla icra olunmuşdur. Azərbaycan Ordusu yalnız hərbi hədəfləri – düşmənin mövqelərini, istehkamlarını, döyüş texnikasını, silah-sursat anbarlarını və komanda məntəqələrini hədəf almış, mülki əhalinin təhlükəsizliyi təmin edilmişdir. Qısa müddət ərzində həyata keçirilən yüksək dəqiqlikli zərbələr nəticəsində düşmən xeyli itki vermiş, hərbi texnikası sıradan çıxarılmışdır.
Antiterror tədbirləri 19 sentyabr saat 13:00-da başlamış və cəmi 23 saat 43 dəqiqə davam etmişdir. 20 sentyabr saat 13:00-da Rusiya sülhməramlılarının vasitəçiliyi ilə əldə olunan razılaşma nəticəsində Ermənistan silahlı birləşmələri silahı yerə qoymuş, qanunsuz hərbi hissələr tərk-silah edilmişdir. Bununla da Azərbaycanın Qarabağ bölgəsində separatçı rejimin mövcudluğuna son qoyulmuşdur.Əməliyyatın nəticəsində Azərbaycan 406 kvadrat kilometr əraziyə tam nəzarəti bərpa etmişdir. Ordumuzun həyata keçirdiyi bu uğurlu əməliyyat ölkənin ərazi bütövlüyü və suverenliyi baxımından tarixi hadisə kimi qiymətləndirilir. Qarabağda dövlət bayrağımızın qaldırılması və qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi Azərbaycanın gücünü və siyasi iradəsini bir daha göstərmiş oldu.
Bu əməliyyat həm də bölgədə yeni reallıq yaratdı. Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunacağı, onların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində bərabər vətəndaş kimi cəmiyyətə inteqrasiya ediləcəyi dövlət rəhbərliyi tərəfindən dəfələrlə bəyan olundu.19–20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu əməliyyat, əslində, 2020-ci ildə başa çatan Vətən müharibəsinin məntiqi davamı və yekunu oldu. Azərbaycan bir daha sübut etdi ki, öz torpaqlarında separatizmə və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə heç vaxt yol verməyəcək.
2023-cü il 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən erməni silahlı birləşmələri Azərbaycan ərazilərində genişmiqyaslı təxribatlara və terror xarakterli hücumlara əl atdı. Bu hücumlar nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər arasında itkilər oldu. Bu əməliyyat Azərbaycanın hərbi gücünü, dövlət iradəsini və beynəlxalq hüquqa sadiqliyini bir daha nümayiş etdirdi.
Günel Əlizadə
Yeni Azərbaycan partiyası,məsləhətçi