Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizə
Qədim tarixə malik olan Azərbaycan dili tarixi keçmişi və dil xəzinəsi və zənginlikləri ilə tanınan dillədən biridir. Hər bir xalqın kimliyini və mənsubiyyətini müəyyənləşdirən amillərdən biri də onun ana dilidir. Ümumilli liderimiz Heydər Əliyev Ana dilimizin inkişafında , onun çiçəklənməsində çox böyük rolu olmuşdur. Ulu öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Ana dilimiz əbədi olaraq dövlət dili kimi öz varlığını qoruyub saxlaya bilmişdir. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur.
SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə və qətiyyətlə bildirilmişdi. O zaman Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atmışdı.
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi.Dil məsələsi gündəm ondan ibarət idi ki,
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
Sovetlər birliyinin süqutundan sonra bir çox postsovet ölkələri kimi Azərbaycanda öz müstəqilliyini elan etdi. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox tarixi sınaqlarla üzbə-üz qalmışdı. 1993-cü ildə məhz Ulu öndər Heydər Əliyevin siyasi rəhbərlik təcrübəsi, liderlik bacarıqları sayəsində dövlətçiliyimiz və müstəqilliyimiz böyük təhlükədən qurtuldu, Azərbaycan öz müstəqilliyini qoruyub saxladı və Ümummilli lider Heydər Əliyevin uğurlu siyasi kursu nəticəsində parlaq gələcəyə, inkişafa doğru inamla addımlamağa başlamışdı. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.
Hər zaman öz tarixinə və ana dilinə xüsusi önəm yetirən Ulu Öndər Heydər Azərbaycan dilinin adını özümüzə qaytarmışdır və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdi. Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməkdədir.
Ulu öndər Heydər Əliyevin sosial, iqtisadi, siyasi, elmi, mədəni və digər istiqamətlərdə atdığı düşünülmüş və praqmatik addımlar nəticəsində Azərbaycan həm siyasi, həm elmi-mədəni, həm iqtisadi sahələrdə dünya arenasına inteqrasiya etməyə başlamışdı.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına göstərdiyi qayğı, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amillərdən biridir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daima istifadə olunacaqdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına göstərdiyi tarixi xidmətin əsl məktəbin davamçısı Məhz Pzezidentimiz İlham Əliyev öz xalqına göstərdiyi etimad və qayğı sayəsində həyata keçirir və xalqına xidmət etməyi özünə borc bilir.
Həsənova Almara,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi