Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı yüksək səviyyəli səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapmışdır. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, 2004, 2006, 2007, 2009, 2010, 2012, 2015, 2016 və 2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya rəsmi və işgüzar səfərlər etmişdirlər. 2018-ci ilin avqust ayının 25-də AFR Federal Kansleri AngelaMerkel Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.AFR xarici işlər nazirlərindən 1995-ci ildə KlausKinkel, 2001 və 2004-cü illərdə Yoşka Fişer, 2007, 2012-ci ildə QuidoVestervelle və 2014 və 2016-cı illərdə Frank-ValterStaynmayer Azərbaycan Respublikasına, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2006, 2008, 2010, 2011, 2012, 2013, 2014, 2016, 2017, 2018 və 2019-cu illərdə AFR-ə rəsmi və işgüzar səfərlər etmişdirlər.AFR xarici işlər naziri Frank-ValterŞtaynmayer 2016-cı il 30 iyun tarixində Azərbaycan Respublikasına səfər etmişdir. Prezident İlham Əliyev AFR Kansleri AnqelaMerkelin dəvəti ilə 2016-cı ilin 6-7 iyun tarixlərində Berlində, 2016-cı ilin 12-14 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhen şəhərində işgüzar səfərdə olmuşdur.
2006-cı ildən başlayaraq, iki ölkə arasında xarici işlər nazirinin müavini səviyyəsində siyasi məsləhətləşmələr həyata keçirilir. 2018-ci ilin 6 fevral tarixində Berlində keçirilmiş siyasi məsləhətləşmələrdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov AFR XİN, Kansler Administrasiyası və Bundestaqda görüşlər keçirmişdir.Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniya Federativ Respublikasına işgüzar səfəri ölkəmizin bütövlükdə Avropa İttifaqı ilə və ayrılıqda Almaniya ilə əməkdaşlığına impuls verən növbəti uğurlu səfərdir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Prezidenti və Kansleri ilə görüşləri və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu göstərir. Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniya ilə ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi, ölkəmizin həm siyasi və həm də iqtisadi maraqlarına uyğundur.
Baş tutan görüşlərdə və bu görüşlərdən sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hər bir Avropa dövləti kimi, Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geo-strateji mövqeyi və regional əhəmiyyətli layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrdir.
Gülzar Qocayeva,
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi