GündəmSosial

Ağstafada 26 İyun Silahlı Qüvvələr Günü qeyd olunub

Ağstafa rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə “Qalib Ordu, Güclü Azərbaycan” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov , Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ağstafa Gənclər Evinin Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Vəkilov və Ağstafa Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri şair Rüfət Axundlu çıxış edərək ordumuzun zəfər tarixindən danışıb, müstəqil Azərbaycanın ordu quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər.

Tədbirin bədii hissəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin musiqi kollektivi tərəfindən vətənpərvərlik ruhunda səsləndirilən şeirlər, ifa olunan mahnılar, rəqs nömrələri hərbi qulluqçular tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçular fəxri fərmanlarla və hədiyyələr ilə təltif olunub.

Oxşar Xəbərlər

Back to top button