AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdamda gənc ailələr üçün sosial dəstək və məşğulluq imkanları

Böyük Qayıdış prosesində gənc ailələrin Ağdama köçməsi və burada məskunlaşması şəhərin demoqrafik gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlət tərəfindən gənc ailələrin sosial rifahının təmin edilməsi, onların mənzillə və işlə təmin olunması üçün kompleks tədbirlər görülür.

Şəhərdə yaradılan müasir uşaq bağçaları, məktəblər, idman kompleksləri və istirahət parkları gənc ailələrin övladlarını sağlam və müasir mühitdə böyütməsinə şərait yaradır. Eyni zamanda, gənclərin öz bizneslərini qurması üçün dövlət dəstəyi mexanizmləri tətbiq olunur.

Gənc ailələrin Ağdamda məskunlaşması şəhərə dinamizm, enerji və gələcəyə inam gətirir. Onların firavan həyatı Ağdamın uzunmüddətli inkişafının və dirçəlişinin əsas təminatıdır.

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button