Analitika

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilməklə 2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün kimi tarixə həkk olub. Bu tarix xalqımız üçün qürur günüdür. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. Bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

İşğal dövründə Ermənilər  öz xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirmiş, şəhəri isə darmadağın etmişdilər. İşğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçirmişdilər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılaraq, təhqir edilib, bəziləri isə erməniləşdirilmişdir. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri Ağdam şəhər Cümə məscididir. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Beləliklə, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Prezident İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button