AnalitikaGündəmSiyasət

25 oktyabr Qubadlı şəhəri günüdür

Ölkəmizin cənub-qərbində yerləşən, Zəngəzurmahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlırayonunun işğaldan azad olunması tarixi Zəfərimiziqaçılmaz etdi.

Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbiuğurlarından bir də məhz Qubadlının azad edilməsidir. Doğrudur, işğal altında olmuş hər bir qarış torpağımızınazad edilməsi bizim üçün vacib, əhəmiyyətli idi. 1992-1993-cü illərdə ard-arda itirdiyimiz o ərazilərimiziqarışbaqarış, kəndbəkənd azad etdik. O torpaqlar bizimşəhidlərin, yaralılarımızın qanları ilə yoğrulub. Ona görədə bütün kənd, qəsəbə, rayon və şəhərlərimizin azadedilməsi bizim üçün ölçüyəgəlməz əhəmiyyətə malikdir.

Böyük Zəfərə nail olmaq üçün Qubadlı şəhərinin azadolunması əməliyyatı qaçılmaz idi.Qubadlının 1993-cü ilavqustun 31-də Ermənistan tərəfindən işğal olunmasıtariximizin ən acı səhifələrindən biridir: “Qubadlının işğalıErmənistana növbəti hədəflərinə daha asan çatmaq üçünnə qədər vacib idisə, Azərbaycana da bütün Qarabağahakim olmaq, nəzarət etmək üçün Qubadlı əməliyyatıəhəmiyyətli idi. Ermənilər Qubadlıya həm Ermənistandan, həm də Laçın, Şuşa istiqamətlərindən hücum etdilər. İşğaletdikdən sonra rayonda daşı daş üstə qoymamışdılar.

2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlışəhərini işğaldan tam azad edərək Laçın və Şuşaya yoluaçdı.

Prezident İlham Əliyev noyabrın 10-da gecə xalqamüraciət edərək, Vətən müharibəsinin AzərbaycanOrdusunun qələbəsi ilə başa çatdığına dair şad xəbərverdi. Xalqımız bu xəbəri sevinc göz yaşları ilə qarşıladı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığıSərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimiqeyd edilir.

“Şərqi Zəngəzur iqtisadi rayonunun təbii sərvətlərlə ənzəngin yerlərindən olan Qubadlı rayonu faydalı qazıntılarıilə zəngindir.Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğulolunurdu.

2020-ci il dekabrın 23-də Prezident İlham ƏliyevinQubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixihadisə oldu. Ölkə Prezidentinin Qubadlıya hər səfərimühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlırayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir.

Şəhla İsmayılova,
YAP fəalı, MKS-nin 2 saylı kitabxana filialının müdiri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button