
25 noyabr Azərbaycan tarixində xalqımızın qəhrəmanlığını, milli iradəsini və Zəfərəzmini təcəssüm etdirən əlamətdar günlərdən biridir. 1993-cü ildə Ermənistanın işğalınaməruz qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də işğaldan azad edilərək öz azadlığınaqovuşdu. Bu tarixi hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləqazanılmış şanlı Zəfərin mühüm səhifələrindən biri oldu.
Kəlbəcərin işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildəpozulması ilə müşayiət olunmuş, BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli822 saylı Qətnaməsində bölgədə hərbi əməliyyatların dayandırılması və işğalçıqüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasıtələb edilmişdir. Bununla yanaşı, Ermənistanın işğal dövründə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüququn tələblərinə zidd olmuşdur.
Bu gün azad Kəlbəcər yeni inkişaf və quruculuq mərhələsini yaşayır. Prezidentİlham Əliyevin 2022-ci il iyunun 26-da və 2024-cü il sentyabrın 2-də Kəlbəcərə səfərləriçərçivəsində həyata keçirilən açılışlar, təməlqoyma mərasimləri və tikinti layihələribölgənin dirçəlişinin bariz nümunəsidir.
“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” əsasında şəhərinmüasir şəhərsalma prinsipləri ilə yenidən qurulması, yaşayış komplekslərinin, təhsil vəinzibati binaların, sosial infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarının inşası bölgəninnəqliyyat əlçatanlığını artırır, yeni iqtisadi imkanlar yaradır.
Kəlbəcərin zəngin enerji potensialından səmərəli istifadə də bərpa prosesinin əsasistiqamətlərindəndir. “Kəlbəcər-1”, “Çıraq-1”, “Yuxarı Vəng” və “Zar” kiçik su elektrikstansiyaları, eləcə də “Toğanalı” KSES-in istifadəyə verilməsi yaşıl enerji potensialınınreallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, “İstisu” mineral su zavodunun açılması, İstisu sanatoriyasının vəMüalicə-İstirahət Kompleksinin tikintisi, İstisu qəsəbəsinin salınması Kəlbəcərin turizmvə müalicəvi istirahət mərkəzi kimi əvvəlki şöhrətinin bərpasına xidmət edir. İşğal vəZəfər muzeyləri kompleksi, Rəqəmsal İdarəetmə Mərkəzi və digər layihələr isə şəhərinmüasir inkişaf modelini formalaşdırır.
Kəlbəcər bu gün təkcə azad edilmiş torpaq deyil, həm də milli qürurumuzun, tarixiədalətin bərpasının və Böyük Qayıdışın rəmzidir. Bir zamanlar doğma yurdlarındandidərgin düşmüş sakinlərin öz evlərinə qayıtması, şəhərin yenidən qurulması və iqtisadipotensialının dirçəldilməsi dövlətimizin qüdrətinin və xalqımızın birliyinin təzahürüdür.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü mübarək!
Yaşasın azad Kəlbəcər! Yaşasın Azərbaycan!
Ülviyyə Cəfərova,
YAP fəalı, Hacıqabul Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru



