Analitika

2022 ci ilin yekunları. Planlar və perspektivlər.

Azərbaycan Respublikasının Prezidenti 2023 cü ilin 10 yanvar tarixində yerli televiziya kanallarına ənənəvi geniş müsahibə vermişdir, Bu müsahibədə ötən ildə Respublikada gedən bütün siyasi, iqitisadi, ictimai , beynəlxalq məsələlərə toxunulmuş, gələcək inkişaf üçün görüləcək işlər müəyyən edilmişdir. Əsas məsələlərdən biri müharibənin nəticələridir ki, dünya tərəfindən tanınmışdır. Azərbaycan bu gün dünyada öz sözünü inamla deyən, müstəqil siyasət aparan güclü bir dövlətə çevrilmişdir. Bunu hərbi gücümüz və Qələbəmiz təmin etmişdir. Təbii ki, müharibədə Qələbə bir çox cətinliklərdən keciərək əldə edilmişdir. Hazirda dünyada iqtisadi böhran tüğyan etməkdədir. Dövlətimiz isə çalışır ki, itisadi sosial layihələrlə bu böhranın fəsadlarından xalqın vəziyyətini yüngülləşdirsin. Bizim vəzifəmiz isə ölkəni gücləndirmək və hər bir vətəndaşin həytını daha da yaxşı etməkdir. İnflyasiya dünyada ciddi bir problemə vevrilmişdir. Lakin bu idxal edilmiş inflyasiyadır. Buna görə var gücümüzlə çalışırıq ki yerli istehsalı daha da genişlındirək. Minimum əmək haqqının artırılması ilə veriləın sərəncam, pensiyaların artırılması məhz inflyasiyanın fəsadlarının yumsalmasına əsaslandırılıb. Son illərdə ünvanlı sosial yardımların verilməsi işində də şəffaflıq təmin edilmişdir. Şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsində intensivlik artmiş, bu günə qədər 13 min ailə bu imkanlardan yararlanmışdır. Rusiya-Ukrayna müharibəsi nəqliyyat sahəsində layihələrin əhəmiyyətini artırmışdır. Beş il bundan qabaq fəaliyyətə başlayan Baki-Tbilisi-Qars dəmir yolu istifadıəyə verildi. Bu layihənin reallaşması yük daşınmalarının həçmini daha da artırmışdır. Azərbaycan bu gün “Zəngəzur dəhlizi “terminini leksikona daxil edib. Bu layihənin reallaşması ilə Azərbaycanın qərb rayonlarl ilə Naxçıvan arasinda nəqliyyat bağlantısı olmalıdır. Ermənistan tərəfi isə bunu təmin etməlidir. Qarabağ məsələsi həll olunandan sonra biz “Qərbi Azərbaycan “mövzusunu beynəlxalq arenaya çlxartmişiq. Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Və bunun üçün dövlət əlindən gələni edəcək. Necə ki Qarabağ mövzusu Azərbaycan xalqını birləşdırdi Zəngəzur və Qərbi Azərbaycan mövzusu da Azərbaycanı birləşdirməlidir. Hazirda enerji resurslarımıza maraq artıb. Azərbaycan Avropa ittifaqı olan ölkılər üçün etibarlı tərəfdaşdlr. İndi yeni neft və qaz kəmərlərinin reallaşması yolunda ciddi addımlar atılır. Azərbaycan qazı Bolqarıstan o cümlədən Ruminiya bazarına daxil olacaq. Rusiya Ulrayna müharibəsindən sonra Azərbaycana 10 dan çox öıkənin müraciəti daxil olmuşdiur. Qaz almaq üçün oıkəmizə müraciət edən ölkılərin sayı artıb. Hazirda Azərbaycanda günəş və külək elektruk stansıyalarının insasına başlanılmışdır. Artıq Avropa İttifaqı ilə enerji dialoqunun baslanmasına start verilmişdir.

Ermənistanın yenidən silahlanması hadisəsinə Prezident ironiya ilə belə cavab verdi ki , bu əbəs yerə atilan addımdır. Revanşist qüvvələriun illüziyası iflasa uğrayacaq. Rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. 2023 cü il Qarabağ müharibəsinin real sonu olacaq. Müharibə vaxtı xalqımız iradəsini, gücünü, bütövlük və əzəmətini göstərdı. Biz elə bir qüvvə yaratmışıq ki bu qüvvə ilə hesablaşmamaq özünüqəst kimi sayılmalıdır. Ordumuzun bütün növlərində say artımı müşahidə edilməkdədir. Dəniz piyadaları, Xüsusi Təyinatlıların sayı iki dəfə artırılmalıdır. Biz Ermənistanla məsələni həll etmişik. Amma təhdidlər də var. Bunun üçün iradə və əminlik olmalıdır. Ölkəmizin gücü daim artır. Laçin şəhərinin azad olunması tarixi hadisəıdir. Əslində Laçinin işğalı o zamankı məğlubiyyətlərimizin əsasini qoydu. İndi orada geniş quruculuq abadlıq işləri gedir. Və bundan sonra insdanlar öz yurd yuvalarına qayıdacaqlar. Fransa məsələni hər vasitə ilə dondurmağa çalışir. Biz Fransanın planlarını alt üst elədik.

İndi Laçin Xankındi yolunda bizim gənclər Ekofəallar öz haqlarını tələb edirlər. Bölgədə kecən aksiya gənclərimizin nə qədər fəal olduğunu göstərır.

Hazirda azad olan rayonlarda geniş-abadlıq işləri aparılıq. Xarici siyasətdə isə əsas məqsəd beynəlxalq müstəvidə öıkəımizi tanıtmaqdır. Münbit şərait yaradılmalıdır ki, ölkə daxilində münasibərlər geniş, müsbət məçrada davam etdirilsin. Əlbətdə ölkəmizin yeri düzgün secilməlidir ki qarşıya qeyri real hədəflər qoyulmasın. Bunun üçün bizim bütün imkanlarımız var. Və biz çalışmalıyıq ki , yeni ildə daha böyük uğurlara imza ataq.

Elçin Əliyev,
Xəzər rayonu, 26 №li məktəbin müəllimi    

Oxşar Xəbərlər

Back to top button