20 Yanvar Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır
Zaman keçir. İllər əsrlərə, əsrlər minilliklərə, tarixə çevrlir. Zaman aximinda baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən yaddan çıxır, unudulur amma elə hadisələr də var ki, xalqin millətin yaddaşinda əbədiləşir.
1990-ci il 20 Yanvar xalqımıızn tarixində təkcə faciə deyil həmdə istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin inkşafi idi.
20 yanvar Azərbaycan vətəndaşinin yaddaşina müstəqilliyin qazanilmasi uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdi. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadliq bəxş etdilər. Bəli 20 YANVAR gecəsində minlərlə Azərbaycan övladını meydanlara silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdikləri doğma torpağın bütövlüyünü, toxunulmazlığını, azadlığını qorumaq hissi idi. Bu qanlı hadisə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş,əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.
Mülki əhali arasında 131-170 nəfər həlak olur, 700-800 nəfər agır xəsarətlər alır, 4nəfər isə itgin düşür. Bu qanlı hadisə də 200 ev və mənzillər, 80 minik avtomabili o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dagıdılıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar da var. Yanvarın 22-də ölənlərin dəfn mərasimi keçirilir. Bu hadisələr Azərbaycan tarixinə “Qara yanvar” kimi yazılır, və hər il 20 yanvar qeyri-iş günü kimi qeyd edilir.
20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq gunahkarların araşdırılması ilə məşğul olur. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1990-ci il yanvar 20-də Bakıda törədilmiş faciəli hadislər haqqında Qərar qəbul etdi. Beləliklə də, bu hadisə öz siyasi huququnu almış oldu.
Azərbaycan xalqı və dövləti 20 yanvar şəhidlərinin xatirəsini daim uca tutur.Ulu öndərimiz Heydər Əliyevin yolunu ugurla davam etdirən Preziden İlham Əliyev də şəhidlərin xatirəsini daim uca tutur, şəhid ailələrinə xüsusi diqqət göstərir. Hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən dövlət başçısı ”Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlətimizin müstəqilliyi, suverenliyi ugrunda həlak olan bütün şəhidlərimiz hər zaman Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü