AnalitikaGündəm

19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı

Bildiyimizi kimi 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi nəticəsində yenilməz Azərbaycan Ordusu işğal altında olam torpaqlarımızın böyük qisminin azad olunmasına nail oldu. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı. Bu bəyanata əsasən Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli və erməni tərəf Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməli idi.Lakin görünən mənzərə budur ki. 2 Qarabağ müharibəsindən sonra Ermənistan tərəfi Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün əlindən gələni edirdi. 2020-ci ildən 2023-cü  ilin sentyabr ayına qədər Azərbaycan tərəfin bölgədə sülhüŞ əmin-amanlığı və birgə yaşayışı təmin etmək məqsədilə gördüyü tədbirlərə rəğmən Ermənistan tərəfin əməlləri onların məkrli niyətlərindən xəbər verirdi. Onlar Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə minalar gətirib müxtəlif yerlərdə basdırır, ara-sıra silahlı təxribatlara cəhd edirdilər. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə yaradılmış işçi qrupları arasında danışıqlar böhran və bölgədə silahlı toqquşmalarla müşahidə olundu. 2022-ci ilin sentyabrında sərhəddə ən qanlı toqquşma baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri qeyri-qanuni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş aprel və may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutulmuşdur.

Bütün bunların qarşısını almaq məqsədilə Azərbaycan tərəfi Ermənistana və onların xaricdəki havadarlarına xəbərdarlıq edərək bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntıların qeyri-qanuni istismarı, Ermənistana daşınması Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı olaraq narazılığna səbəb olmuş və onlar  bir müddət Şuşa-Laçın yolunda etiraz askiyası keçirmişlər. Həmçinin erməni tərəfin qeyri-qanuni fəaliyyətlərinə qarşı 2023-cü ilin aprel ayının 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan ilə sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış məntəqələri yaradılmışdır.

Lakin görülən tədbirlər erməni silahlı dəstlərinin seperatçı əməllərinə son qoymadı, əksinə 2023-cü ilin 19 sentyabrında onlar genişmiqyaslı terror hücumlarına başladılar. Bu terror əməliyyatlar və hücumlar zamanı Azərbaycan tərəfindən həm hərbi qulluqçular, həmdə mülki şəxslər şəhid oldurlar. Bu səbəbdən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bu antiterror əməliyyatı 23 saat 43 dəqiq çəkdi və nəticədə separatçılar təslim oldular. Bundan sonra tam atəşkəs haqqında razılaşma əldə olundu və sentyabrın 20-də antiterror əməliyyatı tədbirləri dayandırıldı.

Aparılan antiterror əməliyyatı nəticəsində Ermənistan ordusu tam tərksilah edilərək ölkədən çıxarıdı, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycanın dövlət suverenliyi təmin edildi və nəhayət, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran kimi bölgələrimizdə də üçrəngli bayrağımız yüksəldi. Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü, xalqımızın, işğaldan azad olmuş bölgələr də yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi, erməni silahlı birləşmələrinin qarşısının alınması üçün həyata keçirdiyi səriştəli siyasəti addım-addım Böyük Zəfərimizi daha da qüvvətləndirdi. Ölkəmizdə fəaliyyət göstərən 23 siyasi partiya prezidentin haqlı və ədalətli mövqeyini dəstəkləyərək, onun ətrafında sıx birləşdiklərini bəyan etmişlər.

Quliyeva Əzəmət,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button