Analitika

15 iyun Qurtuluş Günü tarix yaddaşımızdır

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Təbii ki, “sabitlik adası” kimi səciyyələndirilən ölkəmizin dayanıqlı inkişafını və müsbət reputasiyasını şərtləndirən strateji faktor milli maraqlara əsaslanan uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Bu strateji kursun əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə mövcud çağırışlara müvafiq surətdə uğurla davam etdirilir.

Ümumiyyətlə, müasir Azərbaycanın ötən müddət ərzində keçdiyi inkişaf yolunun, qazanılan nailiyyətlərin əhəmiyyətini daha yaxşı anlamaq üçün müstəqilliyin ilk illərindən bu günə qədər cərəyan edən bir sıra taleyüklü proseslərə xüsusi nəzər yetirmək lazımdır. Məlumdur ki, 1991-ci ildə SSRİ-nin süquta uğramasından sonra beynəlxalq hüququn yeni müstəqil subyektləri meydana çıxdı.

70 ilə yaxın bir müddətdə Sovet İttifaqının tərkibində olmuş xalqların müstəqilliyə qovuşması milli azadlıq mübarizəsində tarixi qələbə, nailiyyət kimi dəyərləndirilsə də, hələ bundan sonra bəhs edilən milli dövlətlərin qarşısında çox ciddi strateji vəzifələr dururdu. Keçid dövrü kimi səciyyələndirilən tarixi mərhələdə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu vəzifəsini dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə yerinə yetirmək üçün uzunmüddətli praqmatik siyasi strategiya hazırlanmalı və mərhələ-mərhələ həyata keçirilməli idi. Amma formal müstəqillik əldə etmiş bir çox postsovet ölkəsində müstəqilliyin ilk illərində bu vəzifəyə nail olmaq mümkün olmadı. Nəticə etibarilə, müasir, demokratik və qüdrətli ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır. Azərbaycan xalqı isə Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəkləyir, Onu milli birliyin, dayanışmanın və həmrəyliyin simvolu kimi görür.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button