
İclasda YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, təşkilatın əməkdaşı Araz Fəttahov, idarənin rəis müavini Əsgər Abdullayev, baş mühəndis Nüsrət İsrafilov və ərazi partiya təşkilatında qeydiyyatda olan partiya üzvləri iştirak etmişlər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İclası giriş sözü ilə açan Nüsrət İsrafilov iclasın gündəliyi barədə məlumat vermiş, iclasın məqsədinin görülən işlərin təhlili, yeni sədr və müavinin seçilməsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və təşkilati fəaliyyətin daha da təkmilləşdirilməsi olduğunu diqqətə çatdırmışdır. Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını, partiyanın həyata keçirdiyi siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına xidmət etdiyini qeyd etmişdir.
Sonra partiya üzvləri tərəfindən ərazi partiya təşkilatının yeni sədr və müavininin seçilməsi məsələsinə baxılmış, idarənin rəismüavini Əsgər Abdullayev sədr, mexanika şöbəsinin müdiri İftixar Hacızadə isə sədr müavini seçilmişlər. Onlar çıxış edərək,göstərilən etimada görə partiya üzvlərinə və YAP Şəki rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirmişlər. Təşkilatın fəaliyyətini daha da gücləndirmək, partiyanın ideyalarını geniş təbliğ etmək və üzvlərin fəallığını artırmaq üçün səylə çalışacaqlarına söz vermişlər.
Ziya Vəliyev çıxış edərək yeni seçilmiş sədr və müavini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Yeni Azərbaycan Partiyasının yaradılması, partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı 33 illik uğurlu fəaliyyəti, qarşıda duran vəzifələr haqqında danışmış, həmçinin YAP Şəki rayon təşkilatının, o cümlədən, ərazi partiya təşkilatının müddət ərzindəki fəaliyyəti, əldə olunan nəticələr və qarşıda duran vəzifələrdən bəhs etmişdir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin bütün sahələrdə böyük inkişaf yolu keçdiyini, regionların sosial-iqtisadi inkişafı, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm nəticələrin əldə olunduğunu qeyd etmişdir. Sonda ƏPT-nin fəaliyyəti ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələr vermiş, təşkilat üzvlərini ictimai fəallığı artırmağa, dövlətimizin və partiyamızın uğurlarının geniş şəkildə təbliğində daha yaxından iştirak etməyə çağırmışdır.
Təşkilatımızın kollektivi adından “Sahil” ərazi partiya təşkilatının yeni seçilmiş sədrini və müavinini təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik!















