AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Əbədi Zəfər: Sabaha İnandırıq və Güvənli Baxış

8 Noyabr Zəfər Günü Azərbaycanın yalnız bu gününü deyil, həm də gələcəyini müəyyən edən ən əsas təməldir. Bu zəfər xalqımıza gələcəyə daha böyük inamla, daha parlaq ümidlərlə baxmaq əminliyi qazandırdı. Artıq qarşımızda duran bütün hədəflərə daha böyük əzmlə və inamla irəliləyirik.

Qalib xalq olmaq həm də daha böyük məsuliyyət və daha yüksək hədəflər deməkdir. Azərbaycan həm iqtisadi, həm mədəni, həm də intellektual sahələrdə öz mövqelərini hər gün daha da möhkəmləndirir. Bu inkişaf zəfərimizin qalıcı və əbədi olmasını təmin edən əsas amildir.

Gələcək nəsillər bu təməl üzərində daha güclü, daha qüdrətli bir Azərbaycan quracaqlar. Zəfər ruhu hər zaman bizim yolağacımız, kompasımız olacaqdır. Heç bir qüvvə bu xalqın iradəsini və inamını sındıra bilməz.

Zəfər Günü əbədi olaraq tariximizin ən parlaq zirvəsi kimi qalacaqdır. Biz bu günləri böyük fəxrlə qeyd edir, sabaha inamla addımlayırıq. Yaşasın qüdrətli, müstəqil və əbədi qalib Azərbaycan!

Elnarə Məmtiyeva,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 37” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button