Ürəklərdə Yaşayan Şəhidlərin Əbədi İşığı

Tarixi Zəfərimizin arxasında dayanan ən böyük fədakarlıq şübhəsiz ki, canlarını Vətən yolunda fəda edən şəhidlərimizin adları ilə bağlıdır. Onların hər biri öz həyatını verərək gələcək nəsillərə azad və parlaq bir ölkə bəxş etdi. Şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaqdır.
Onların göstərdiyi şücaət adi insan imkanlarından kənar, müqəddəs bir məqsədə xidmət edirdi. Vətənin hər qarışının qorunması üçün öz canından keçən igidlər xalqımızın yaddaşında ölməzlik qazandılar. Hər Zəfər Günündə ilk növbədə məhz onları minnətdarlıq və ehtiramla yad edirik.
Şəhidlərimizin ailələri bütün cəmiyyətin ən uca və dəyərli üzvləridir. Onların səbri, mətanəti və qüruru hər kəs üçün örnəkdir. Xalqımız öz qəhrəmanlarını heç vaxt unutmur və onların xatirəsini hər zaman uca tutur.
Zəfər Günü həm də şəhidlərimizin ruhunun şad olduğu, arzularının gerçəkləşdiyi müqəddəs gündür. Onların tökdüyü qan yerdə qalmadı və bu gün azad bayrağımız onların sayəsində dalğalanır. Şəhidlərimizin əbədi işığı bizim yolumuzu hər zaman işıqlandıracaqdır.
Ofelya Nəsirova,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini



