
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşınaqızıl hərflərlə həkk olunmuş, milli qürurumuzun, birliyimizin və sarsılmaz iradəmizin təntənəsinəçevrilmiş əlamətdar tarixdir. Bu gün xalqımızın uzunillər boyu qəlbində yaşatdığı azadlıq və ədalətarzularının gerçəkləşdiyi, Vətən torpaqlarının işğaldanazad olunması uğrunda aparılan mübarizəninmöhtəşəm nəticə ilə başa çatdığı tarixi gündür. ZəfərGünü yalnız hərbi qələbənin deyil, həm də milli ruhun, tarixi yaddaşın və dövlətçilik əzminin təntənəsidir. Həril noyabrın 8-də Azərbaycan xalqı bu böyük qələbənisonsuz qürur və minnətdarlıq hissi ilə qeyd edir.
Azərbaycan Ordusunun 44 günlük Vətənmüharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq, peşəkarlıq və döyüş əzmi xalqımızın mübarizətarixində yeni bir səhifə açdı. Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi ilərəşadətli ordumuzun qazandığı tarixi uğurlarAzərbaycanın gücünü, qüdrətini və sarsılmaz iradəsinibütün dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsiisə bu mübarizənin ən parlaq zirvəsinə çevrildi. Dağların qoynunda qərar tutan, Azərbaycanmədəniyyətinin beşiyi olan Şuşanın azadlığı xalqımızıntarixi ədalətə qovuşmasının rəmzi oldu.
Bu qələbənin arxasında minlərlə igid Azərbaycanövladının fədakarlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və bütöv xalqın sarsılmazhəmrəyliyi dayanır. Vətən uğrunda canından keçənqəhrəmanlarımızın əziz xatirəsi hər bir azərbaycanlınınqəlbində əbədi yaşayacaq. Onların göstərdiyi igidlikgələcək nəsillər üçün vətənpərvərlik məktəbi, sədaqətvə fədakarlıq nümunəsidir. Bu gün azad torpaqlardadalğalanan üçrəngli bayrağımız hər bir şəhidimizinarzusunun gerçəkləşdiyini, xalqımızın əyilməzruhunun qalib gəldiyini nümayiş etdirir.
Zəfər Günü Azərbaycan tarixində yalnız keçmişinxatırlanması deyil, həm də gələcəyə inamla baxmağınifadəsidir. Bu möhtəşəm qələbə ölkəmizin qarşısındayeni inkişaf perspektivləri açmış, azad edilmişərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinəbaşlanmasına zəmin yaratmışdır. Bu gün Qarabağda vəŞərqi Zəngəzurda həyat yenidən canlanır, doğmayurdlarından didərgin düşmüş soydaşlarımızın qayıdışıtarixi ədalətin bərpasının davamı olur. Zəfərimizinəbədi olması, dövlətimizin qüdrətlənməsi və millibirliyimizin qorunması hər birimizin müqəddəsborcudur.
Elvin Məmmədov,
YAP Xəzər rayon təşkilatının fəalı



