GündəmSosial

Qalib xalqın Zəfər salnaməsi

04 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Köhnəqışlaq kənd”, “Tatlı kənd” və “Göycəli kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, 8 Noyabr Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, milli qürur və birlik rəmzinə çevrilmiş möhtəşəm bir tarixdir. Bu gün xalqımızın qəhrəmanlığını, iradəsini, vətən sevgisini və sarsılmaz birliyini özündə əks etdirir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq göstərdi. 44 gün davam edən Vətən müharibəsində xalqımız və ordumuz dəmir yumruq kimi birləşərək tarixi Zəfərə imza atdı.

Tədbirdə “Köhnəqışlaq kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Günay Zeynalova, “Göycəli kənd” Ərazi Partiya Təşkilatının sədri Vasif Hüseynov və “Tatlı kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Şahin Məmmədov çıxış edərək bildiriblər ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Şuşanın azad olunması Azərbaycan xalqının tarixi qələbəsinin, milli ruhunun və yenilməz iradəsinin təntənəsi oldu. Məhz bu şanlı hadisənin rəmzi olaraq 8 Noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Bu möhtəşəm qələbə xalqımıza böyük sevinc və qürur yaşatsa da, onun arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və əsgərlərimizin fədakarlığı dayanır. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Oxşar Xəbərlər

Back to top button