
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum müxtəlif ölkələrin nümayəndələrini, siyasətçiləri, alimləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirərək mədəniyyətlərarası əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayıb. Dövlət başçısı ölkəmizin Şərq və Qərb arasında mühüm əlaqələndirici rol oynadığını, Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edib.
Prezident ölkəmizdə multikulturalizm, dini və etnik tolerantlıq ənənələrinin qorunmasının əhəmiyyətindən danışıb. O, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin, ayrı-seçkiliyin aradan qaldırılmasının və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşılmasının vacibliyini bildirib.
Çıxış zamanı beynəlxalq münasibətlər, regional sülh və təhlükəsizlik məsələlərinə də toxunulub. Prezident İlham Əliyev beynəlxalq hüquq normalarına əməl olunmasının, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinin və münaqişələrin sülh yolu ilə həllinin əhəmiyyətini vurğulayıb.
Forumun əsas məqsədi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu inkişaf etdirmək, xalqlar arasında dostluq və həmrəyliyi möhkəmləndirmək, eləcə də qlobal problemlərin həlli istiqamətində birgə səyləri artırmaqdır.
Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı



