GündəmSosial

YAP Astara rayon təşkilatında Suparibağ kəndində görüş keçirilib

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri Nazənin Məmmədova çıxış edərək VIII Qurultayda müəyyənləşdirilən prioritet istiqamətlər, qarşıda duran vəzifələr, partiya üzvlərinin məsuliyyəti və ictimai-siyasi proseslərdə fəallığın artırılmasının əhəmiyyəti barədə fikirlərini bildirib.
Müzakirələr zamanı Qulamov Anar Eynulla oğlu və Həsənzadə Aygün Arif qızı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolu, ideoloji işin gücləndirilməsi və gənclərlə işin daha səmərəli təşkili məsələlərinə toxunublar.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, VIII Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində partiya fəallarının üzərinə düşən məsuliyyət vurğulanıb.

Oxşar Xəbərlər

Back to top button