
Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təşkilatçılığı ilə Sərək kənd ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, partiyanın veteran üzvü Əvəz Cümşüdov və Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbinin direktoru Nuranə Həmidova çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn əsas vəzifələr, ölkəmizin qarşısında duran prioritet məsələlər, partiyanın gələcək fəaliyyət istiqamətləri və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət başçısının müəyyən etdiyi strateji istiqamətlərin həyata keçirilməsində YAP üzvlərinin üzərinə mühüm vəzifələr düşür.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, qurultayda səsləndirilən fikirlərin və müəyyənləşdirilən vəzifələrin yerlərdə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.




