
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının təşkilatçılığı ilə “Astara Elektrik Stansiyası MMC” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş yığıncaq keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yığıncaqda çıxış edənlər Həbib Cəfərov, Teymur Əhmədov və Mahir Muradov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn mühüm məsələlər, qarşıda duran vəzifələr, Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətləri və partiya üzvlərinin üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat veriblər, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində partiya fəallarının rolunun artırılmasının, ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasının və ölkəmizin inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
Yığıncaq mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.












