GündəmSosial

“Səhiyyə” ərazi partiya təşkilatında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 21 oktyabr 2026-cı il tarixində “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in akt zalında YAP Şəki rayon təşkilatının “Səhiyyə” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.

İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki RMX-nın rəhbərliyi, həkimlər, tibb bacıları, Qurultay nümayəndəsi və ərazi partiya təşkilatının qeydiyyatında olan üzvlər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov,
Şəki Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini müvəqqəti icra edən Şəlalə Bayramova, “Səhiyyə” ƏPT-nın sədri Zahid Abdurəhmanov, Qurultay nümayəndəsi Əliheydər Abdullayev,
Direktor müavini- Perinatal Mərkəzin rəhbəri Ruziyyə Hüseynova, Direktor müavini- baş həkim Zöhrab Cəfərov,
Şəki Səhiyyə işçiləri Həmkarlar İttifaqı Şurasınln sədri İradə Xəlilova çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayının partiyanın inkişafında yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb, Qurultayda Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn əsas vəzifələr diqqətə çatdırılıb. Ölkəmizin qarşısında duran strateji hədəflər, dövlət siyasətinin həyata keçirilməsində YAP-ın rolu, partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, ideoloji işin səmərəliliyinin artırılması və partiya üzvlərinin qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və qarşıya qoyulan strateji məqsədlərin həyata keçirilməsinə bundan sonra da öz töhfəsini verəcək.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflərin və qarşıya qoyulan vəzifələrin ƏPT-nın fəaliyyətində əsas istiqamətlərdən biri kimi rəhbər tutulmasının vacibliyi vurğulanıb.

Oxşar Xəbərlər

Back to top button