
17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə
Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olan Füzuli bugün həm Vətən uğrunda mübarizənin rəmzi, həm də Böyük Qayıdışın parlaqnümunəsidir. Uzun illər işğal altında qalan, dağıntılara məruz qoyulan bu qədim diyar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsindəazadlığına qovuşdu. Bu gün Füzulidə həyat yenidən canlanır, şəhərin küçələrindəquruculuğun, inkişafın və doğma yurda qayıdışın nəfəsi duyulur.
Tarixi-dini abidələrlə zəngin qədim diyar
Füzuli rayonu qədim tarixi, zəngin mədəni irsi və tarixi-dini abidələri ilə seçilənbölgələrimizdəndir. Bu torpaq əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini və tarixi yaddaşını yaşadıb. Burada yerləşən tarixi abidələr, məscidlər, türbələr və digər mədəni irs nümunələri Azərbaycanın zəngin keçmişinin mühüm izləriniözündə daşıyır.
Lakin işğal dövründə Füzulinin tarixi-mədəni irsi ciddi dağıntılara və vandalizməməruz qaldı. Şəhər və kəndlər xarabalığa çevrildi, insanların doğma yurdla bağlıxatirələri illərlə nisgilə döndü. Buna baxmayaraq, Füzulinin tarixi yaddaşı silinmədi. Bugün azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə yanaşı, milli-mədəniirsin qorunması da mühüm əhəmiyyət daşıyır.
Qəhrəman Ordunun yazdığı Zəfər tarixi
Füzulinin azadlığı Azərbaycan əsgərinin misilsiz şücaətinin, xalqımızın birliyinin vədövlətimizin qətiyyətinin təcəssümüdür. 2020-ci il sentyabrın 27-də başlayan Vətənmüharibəsində Azərbaycan Ordusu düşmənin müdafiə xətlərini yararaq mühüm stratejiəhəmiyyətə malik Füzuli şəhərini oktyabrın 17-də azad etdi.
Füzulinin azad olunması müharibənin gedişində mühüm dönüş nöqtələrindən birioldu. Bu qələbə xalqımızın illərlə gözlədiyi ədalətin bərpasına, torpaqlarımızın işğaldanazad olunmasına və Böyük Qayıdışın başlanmasına yol açdı. Azərbaycan əsgərininqanı və canı bahasına qazanılan bu Zəfər gələcək nəsillər üçün qəhrəmanlıq və Vətənsevgisi nümunəsi olaraq qalacaq.
17 Oktyabr – Füzuli Şəhəri Günü yalnız bir şəhərin azad edildiyi tarixi gün deyil, həm də milli iradəmizin, dövlətimizin gücünün və xalqımızın yenilməz ruhununtəntənəsidir.
Füzulidə böyük quruculuq və dirçəliş mərhələsi
Bu gün azad edilmiş Füzuli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma siyasətinin mühümünvanlarından biridir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq şəhərdə və rayonunkəndlərində müasir infrastruktur yaradılır, yaşayış kompleksləri, təhsil, idman və sosialobyektlər inşa olunur, yollar və digər kommunikasiya xətləri bərpa edilir.
Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin nəqliyyatimkanlarının genişləndirilməsi və Qarabağın dünyaya açılması baxımından mühümhadisə oldu. Müasir hava limanı azad edilmiş ərazilərin iqtisadi potensialınınreallaşdırılmasına, nəqliyyat əlaqələrinin inkişafına və beynəlxalq əməkdaşlığıngenişlənməsinə töhfə verir.
Şəhərin Baş planına uyğun olaraq həyata keçirilən layihələr Füzulinin müasir, rahat və dayanıqlı yaşayış məkanına çevrilməsini hədəfləyir. Yeni yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, idman və yaradıcılıq mərkəzləri gələcəkdə buradaməskunlaşacaq insanların rahat və təhlükəsiz həyatının təmin edilməsinə xidmət edir.
Cuvarlı, Qoçəhmədli və Qarğabazar kəndlərində təməlqoyma mərasimlərininkeçirilməsi də rayonun dirçəlişinin yalnız şəhərlə məhdudlaşmadığını, kəndlərin dəyenidən qurulduğunu göstərir.
Prezident İlham Əliyevin Füzuliyə səfərləri – qayıdışın və inkişafın salnaməsi
Prezident İlham Əliyevin azad edilmiş Füzuliyə mütəmadi səfərləri bölgəninbərpasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu nümayiş etdirir. Busəfərlər zamanı həyata keçirilən layihələrlə tanışlıq, yeni obyektlərin açılışı vətəməlqoyma mərasimləri Füzulinin gələcək inkişafının ardıcıl şəkildə təmin olunduğunugöstərir.
23 avqust 2023-cü ildə Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava LimanındaÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşılamış, Füzulidə MirzəUluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak etmiş, şəhər yaşayışkompleksində yaradılmış şərait və şəhərin Baş planı ilə tanış olmuşdur. Bu hadisələrFüzulinin həm sosial inkişafı, həm də beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətiniortaya qoymuşdur.
16 oktyabr 2023-cü ildə Cuvarlı və Qoçəhmədli kəndlərinin, Füzuli şəhərindəidman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaqbağçasının və inzibati binanın təməlqoyma mərasimlərinin keçirilməsi geniş quruculuqprosesinin növbəti mərhələsi olmuşdur.
17 oktyabr 2023-cü ildə Füzuli Şəhəri Günündə Prezident İlham Əliyevin şəhərəköçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü doğma yurdaqayıdışın tarixi əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Bu görüş insanların illərləhəsrətində olduqları torpaqlara qayıdışının dövlət səviyyəsində xüsusi diqqət və qayğıilə müşayiət olunduğunun göstəricisi idi.
8 noyabr 2023-cü ildə Qarğabazar kəndinin təməlqoyma mərasiminin keçirilməsirayonun kənd yaşayış məntəqələrinin də gələcək inkişafına zəmin yaratmışdır.
12 mart 2024-cü ildə Prezident İlham Əliyev və Qazaxıstan RespublikasınınPrezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna birgə səfər etmişlər. Səfərçərçivəsində Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışıolmuş, Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanışlıq keçirilmişdir. Bu hadisələrazad edilmiş ərazilərdə təhsil, mədəniyyət və səhiyyə infrastrukturunun inkişafınaverilən önəmi əks etdirir.
25 aprel 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev və QırğızRespublikasının Prezidenti Sadır Japarovun Füzuliyə birgə səfəri zamanı şəhərindağıdılmış ərazilərinə baxış keçirilmiş və Baş planı ilə tanışlıq olmuşdur. Bu səfər dəAzərbaycanın azad edilmiş torpaqlarda apardığı bərpa işlərinin beynəlxalq səviyyədədiqqət mərkəzində olduğunu göstərmişdir.
Böyük Qayıdışın ünvanı – yeni Füzuli
Füzulinin dirçəlişi yalnız binaların, yolların və infrastrukturun yenidən qurulmasıdemək deyil. Bu, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların özevlərinə qayıtması, ailələrin yenidən doğma torpaqda məskunlaşması, uşaqlarındoğulduqları şəhərdə təhsil alması və yeni həyatın başlanmasıdır.
Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər Füzulidə dayanıqlıyaşayışın təmin edilməsinə, yeni iş yerlərinin yaradılmasına və rayonun iqtisadipotensialının inkişafına xidmət edir. Müasir infrastruktur, sosial obyektlər və yaradılanyeni imkanlar Füzulinin gələcəkdə regionun inkişaf etmiş yaşayış məkanlarından birinəçevrilməsinə zəmin yaradır.
Füzuli bu gün keçmişin ağrılarını Zəfərin qüruru ilə birləşdirən, dağıntılardandirçəlişə doğru inamla irəliləyən bir şəhərdir. Onun hər bir küçəsi, hər bir yeni binası vədoğma yurduna qayıdan hər bir sakini Azərbaycan xalqının iradəsinin, dövlətimizingücünün və qəhrəman Ordumuzun tarixi qələbəsinin canlı ifadəsidir.
17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə bu qəhrəman diyarın azadlığıuğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Qoy Füzulidə həyat daim çiçəklənsin, quruculuqişləri davam etsin, doğma yurduna qayıdan hər bir ailənin ocağında sevinc və firavanlıqolsun!
Füzuli Zəfərin yadigarı, Böyük Qayıdışın ünvanı və Azərbaycanın gələcəyə inamlaaddımlayan şəhəridir!
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



