GündəmSosial

YAP-ın VIII Qurultayının hədəfləri

16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Tatlı kənd”, “Köhnəqışlaq kənd” və “Göycəli kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı nitqi ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklərin qiymətləndirilməsi və qarşıdakı dövrün əsas vəzifələrinin müəyyənləşdirilməsi baxımından diqqət çəkib.

Daha sonra çıxış edən natiqlər – Göycəli kənd” Ərazi Partiya Təşkilatının sədri Vasif Hüseynov, “Tatlı kənd” tam orta ümumtəhsil məktəbin müəllimi Mahir Rəhimov, “Tatlı kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Şahin Məmmədov, “Köhnəqışlaq kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Günay Zeynalova və veteran partiyaçı Məmməd Məmmədov bildiriblər ki, Prezidentin nitqindən irəli gələn əsas məsələlərdən biri müstəqil dövlətçilik siyasətinin davam etdirilməsi və milli maraqların qorunmasıdır. Müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dövlətlərin təhlükəsizlik, iqtisadi dayanıqlılıq və xarici siyasət sahələrində çevik qərarlar qəbul etməsini zəruri edir. Bu baxımdan Azərbaycanın suveren qərarvermə imkanlarının qorunması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Oxşar Xəbərlər

Back to top button