
16 oktyabr 2026-cı il tarixində YAP Hacıqabul rayon təşkilatı “Litvinçuk küçəsi 1” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirib.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-nin director əvəzi Gülşən Qurbanova, Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Vəfa Rəhimova ,“Litvinçuk küçəsi 1” və B.İbrahimov küçəsi 5 ərazi partiya təşkilatlarının fəalları iştirak edib.
Tədbirdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədr İsmayıl İbrahimov partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrdən bəhs edib. Rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şərait, partiyanın hakim statusu qazandıqdan sonra ötən 33 il ərzində Azərbaycan dövlətçiliyinə verdiyi tarixi töhvələr, cənab prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında əldə olunmuş tarixi zəfər, eləcədə hazırda həyata keçirilən siyasət və bu siyasətin mahiyyəti barədə ətraflı çıxış etdi.
Ümummilli lider Heydər Əliyevin dövlətimizin parçalanmaqdan qurtulduğunu qeyd edən natiq, eyni zamanda Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təməlinin də qoyulduğunu vurğulayıb. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycanın regional və qlobal miqyasda qüdrətli dövlətə çevrildiyini bildirib.
Çıxış edən “B.İbrahimov küçəsi 5” ərazi partiya təşkilat sədri, Vlll Qurultayın nümayəndəsi Vəfa Rəhimova Qurultayda iştirakçı olmağını həyatının tarixi hadisəsi olduğunu, cənab prezidentin çıxışının onun özü və partiyadaşları üçün bir proqram olduğunu vurğulayıb, YAP-ın sıralarında təmsil olunmağın ona və məsləkdaşlarına qürur hissi yaşatdığını bildirib. Dövlətçilik ideallarına xidmət etməyin böyük məmnunluq hissi duyurduğunu vurğulayaraq, bundan sonra da ölkəmizin tərəqqisi naminə fəal çalışacaqlarını bildirib.
Daha sonra çıxış edən “Litvinçuk küçəsi 1” ərazi partiya təşkilatının sədri Gülşən Qurbanova Yeni Azərbaycan Partiyasının ölkə gənclərinin ideoloji tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində və cəmiyyətdə fəal mövqe tutmasında müstəsna rol oynadığını bildirib. G.Qurbanova gənclərə, səhiyyə ocaqlarına və tibb işçilərinə göstərilən dövlət qayğısından və YAP-ın sıralarında təmsil olunmağın verdiyi qürur hissindən danışıb. Partiyanın sıralarında yer almağın, dövlətçilik ideallarına xidmət etməyin böyük məmnunluq və fəxarət hissi duyurduğunu vurğulayaraq, bundan sonra da ölkəmizin tərəqqisi naminə fəal çalışacaqlarını bildirib.




