
Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirlər davam etdirilir.
14.10.2026 – cı il tarixdə YAP Astara rayon təşkilatının təşkilatçılığı ilə “Astara Magistral Qaz Kəmərləri Sahəsi” ərazi partiya təşkilatında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qurultay nümayəndəsi, Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi, ərazi partiya təşkilatının sədri Rövşən Məstiyev çıxış edərək dövlət suverenliyimizin bərpasından sonra keçirilən YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını və əlamətdar hadisəyə çevrildiyini bildirib, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələr barədə danışıb.
Çıxış edənlər: Hikmət Əliyev, Elvin Nəsirov, Vasif Şəfəqqətov, Fuad Qurbanov, Raqib Babayev ölkə başçısı, Müzəffər Prezident cənab İlham Əliyevin mühüm mesajlar və əhəmiyyətli müddəalarla zəngin olan nitqinin dərindən öyrənilməsinin, onun əsas ideya və prinsiplərinin fəaliyyətin bütün istiqamətlərində rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev dühasının və siyasi irsinin məhsulu olan Yeni Azərbaycan Partiyasının yaranma zərurətini doğuran tarixi şəraitin öyrənilməsinin və bu həqiqətlərin gənc nəslə çatdırılmasının dövlətçilik tariximizin dərindən mənimsənilməsi baxımından böyük əhəmiyyət var. Həmçinin Yeni Azərbaycan Partiyasının ölkəmizin ən böyük və nüfuzlu siyasi qüvvəsi kimi cəmiyyətdə artan rolundan, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətindən bəhs olunub.
Sonda VIII Qurultayda ölkə başçısı, Müzəffər Prezident cənab İlham Əliyevin xalqımızın ürəyincə olan nitqindən irəli gələn məqsədlərin həyata keçirilməsində, vətəndaş məmnunluğunun təmin edilməsində partiya üzvlərinin fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.




