
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 15 oktyabr 2026-cı il tarixində Şəki Dövlət Dram Teatrında YAP Şəki rayon təşkilatının “Nuxa” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşı,
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Şəki Dövlət Dram Teatrının direktoru, “Nuxa” ƏPT-nın sədri, müavini, ərazi partiya təşkilatının qeydiyyatında olan üzvlər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsini rəisi Tural Kərimov, “Nuxa” ƏPT-nın sədri, idarənin aparıcı məsləhətçisi, Qurultay nümayəndəsi Xatirə Səlimli, Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, Şəki Heydər Əliyev Mərkəzinin elmi işçisi, partiya fəalı Zeynəb Cəfərova, Sabit Rəhmanın ev muzeyinin direktoru Pərvanə İskəndərova, Şəki 4 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Sevil Rəsulova, Şəki 4 nömrəli Uşaq Musiqi məktəbinin şöbə müdiri Fərqanə Salamova, Şəki MKS-də baş kitabxanaçı Dilbazi İsmayılova çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayının partiyanın inkişafında yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb, Qurultayda Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn əsas vəzifələr diqqətə çatdırılıb. Ölkəmizin qarşısında duran strateji hədəflər, dövlət siyasətinin həyata keçirilməsində YAP-ın rolu, partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, ideoloji işin səmərəliliyinin artırılması və partiya üzvlərinin qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və qarşıya qoyulan strateji məqsədlərin həyata keçirilməsinə bundan sonra da öz töhfəsini verəcək.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflərin və qarşıya qoyulan vəzifələrin ƏPT-nın fəaliyyətində əsas istiqamətlərdən biri kimi rəhbər tutulmasının vacibliyi vurğulanıb.




